“Nə qədər qorunmağa cəhd etsəm də, nə qədər qaçmağa çalışsam da əsrin bəlası mənə də bulaşdı … Əslində, mən bir bəla ilə vuruşmuşam və qalib də gəlmişəm … Amma bildiyiniz kimi mən risk qrupuna aidəm və mənə #koronavirusa yoluxmaq qəti yolverilməz idi”.

Bu sözləri aparıcı, xeyriyyəçi Hacı Nuran öz İnstagram səhifəsində paylaşıb.  O, hazırda xəstəxanada olduğunu bildirib. 

Amma nə edəsən ki, işimə olan sevgim bəzən mənim həyata olan sevgimi üstələyir … Qalib xalqın yanında olmaq, şəhid və qazi ailələri ilə görüşmək, erməni terrorundan əziyyət çəkmiş insanlarla görüşmək üçün günlərlə, bəzən də sutkalarla gərgin işləmək, neçə-neçə insanlarla görüşmək lazım gəlirdi … Bilirdim ki, risk edirəm, həyatımı təhlükəyə atıram … Amma yenə də irəli gedirdim … Və… bu da nəticəsi … Çoxları kimi mən də COVİD -19 a yoluxdum və indi də xəstəxanadayam … Mənim üçün dua edin dostlar … Hazırda ancaq duaya ehtiyacım var … Çünki mənim necə bir risk qrupuna aid olduğumu siz gözəl bilirsiniz … Özünüzü qoruyun … Qoruyun …”

Bu sözləri aparıcı, xeyriyyəçi Hacı Nuran öz İnstagram səhifəsində paylaşıb. 

 

Mübariz Zəki