1. Şindlerin siyahısı (1993)

Rejissor: Stiven Spilber

Rollarda: Liam Neeson, Ben Kingsley, Ralph Fiennes, Caroline Goodall

Spilberqin şah əsəri olan bu film alman nasisti Oskar Şindlerin 1200 yəhudini konsentrasiya düşərgələrinə aparılmaqdan və ölümdən xilas etməsi haqda bəhs edir. Üç saatdan çox davam edən və tamamilə ağ-qara rəngdə çəkilmiş (bir önəmli fraqmenti çıxmaqla) “Şindlerin siyahısı” filmi çətin anlaşılan və məhz bu səbəbdən inanılmaz dərəcədə vacib olan kino əsəridir. Film Holokostun Hollivudda təsvir tərzini dəyişib və “Zolaqlı Pijamalı Oğlan” və “Həyat Gözəldir” kimi bir sıra hekayə tipli filmlərin çəkilişinə ilham verib.

Şindlerin siyahısı» filmindəki qırmızı paltolu qız kimdir? | Bildirchin.az

2. İncə Qırmızı Xətt (1998)

Rejissor: Terrence Malick

Rollarda: Sean Penn, Adrien Brody, Jim Caviezel, Ben Chaplin

Bu, İkinci Dünya Müharibəsi zamanı bir qrup əsgərin stresli anlarından, müharibə zamanı və müharibədən sonrakı təcrübələrindən bəhs edən dramatik döyüş filmidir. Film yayımlanarkən yaxşı rəylər alıb. 7 Akademiya Mükafatına namizəd olan film, Ən Yaxşı Film Oscarına da namizəd olub.

İTİRİLMİŞ CƏNNƏT Əsgərlər təpəni tuturlar.

3. Gəl və Bax (1985)

Rejissor: Elem Klimov
Rollarda: Aleksei Kravçenko, Olqa Mironova

Ales Adamovic-in “Ketinin hekayəsi” kitabından uyğunlaşdırılan film İkinci Dünya Müharibəsi zamanı alman işğalı altında Sovet Belarusunda partizanlara qoşulan gəncin hekayəsi ətrafında nasist işğalının törətdiyi maddi və mənəvi dağıntılardan bəhs edir. Müharibə əleyhinə çəkilmiş ən mühüm filmlərdən biridir.

There's No Other War Movie as Horrifying, or Vital, as Come and See | Vanity Fair

4. Das Boot (1981)

Rejissor: Volfqanq Petersen
Rollarda: Jürgen Prochnow, Herbert Grönemeyer, Klaus Wennemann

Filmdə İkinci Dünya Müharibəsində xidmət edən U-96 tipli bir Alman sualtı qayığı Atlantik okeanında normal patrul dövriyyəsinə çıxır. Gəmidəki ekipaja əlavə olaraq bir zabit də sualtı qayıqda baş verənləri qeyd etmək üçün ekspedisiyada iştirak edir.

Gəmi normal gedişində olduğu zaman, destroyerlərin mühafizəsi olmadan okeanda üzən 5 gəmidən ibarət bir donanma ilə qarşılaşır. Bir az tərəddüd etdikdən sonra kapitan hücum əmri verir. Ancaq o anda hücumdan əvvəl görə bilmədikləri bir destroyerin onlara hücum etdiyini görürlər. Okeanın dibinə dalaraq xilas olmağa çalışsalar da, destroyer onları buraxmır. Müxbir məmur hər şeyin bitdiyini və xilas üçün yerlərinin olmadığını düşünərək yuxuya gedir. Oyandıqda hər şeyin normala döndüyünü və destroyerdən xilas olduqlarını görür. Bu hadisədən sonra qərargah tərəfindən, əsas bazaları olan La Rochelle əvəzinə Cəbəllütariqdən keçərək İtaliyanın La Spezia limanına qayıtmaq əmri alırlar. Daha əvvəl İkinci dünya müharibəsində bitərəf olan İspaniyada tədarük üçün Alman gəmiləri ilə görüşəcəkdilər. Ancaq Cəbəllütariq Boğazı daimi olaraq İngilis gəmiləri və təyyarələri tərəfindən nəzarət altındadır və bu boğazdan keçmək əslində sualtı qayıq üçün intihar deməkdir. Həm kapitan, həm də ekipaj bunu bilir.

Boğazdan keçərkən U-96 İngilis təyyarələri və gəmiləri tərəfindən görülür. Kapitan sürətlə hərəkət edib qaçmağa çalışarkən sualtı qayıq vurulur və batmağa başlayır. Gəmi dibə oturur və çox ziyan görür. Ekipaj gəmini təmir edir və yenidən üzməyə başlayırlar. Və dibdən xilas olurlar.

Nəhayət, onların əsas bazası olan La Rochelle geri dönməyə qərar verirlər və qarşılama mərasiminin başlanğıcında İngilislərin hava hücumlarına məruz qalır. Hücum bitdikdən sonra müxbir U-96 ekipajının çoxunun öldüyünü görür. Kapitan son dəfə batan gəmisinə baxır və o da ölür.

Das Boot (1981) - IMDb

5. Dunkirk (2017)

Rejissor: Kristofer Nolan
Rollarda: Tom Hardy, Mark Rylance, Barry Keoghan, Fionn Whitehead

Film Dunkirk əməliyyatı hadisələrinə — 1940-cı ildə Dunkirk döyüşündən sonra alman qoşunları tərəfindən Dunkirk şəhəri tərəfindən bloklanan İngilis, Fransız və Belçika birliklərinin dəniz yolu ilə boşaldılmasına əsaslanır. Film, ən yaxşı film və rejissorluq da daxil olmaqla 8 Oskar mükafatına namizəd göstərilib və nəticədə onlardan üçünü ən yaxşı montaj, ən yaxşı səs və ən yaxşı nominasiyaları qazanıb.