Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqına müraciət edib.
O, Ermənistan ordusunun cəbhəyanı bölgələrdə təxribat törətdiyini bildirib. İlham Əliyev bununla yanaşı Ermənistan hakimiyyətinin bu günə qədər Dağlıq Qarabağda törətdiyi cinayətlərdən danışıb.
Nitqinin sonunda İlham Əliyev Azərbaycan Ordusunun qələbə qazanacağını qeyd edib: “Biz zəfər çalacayıq. Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır”