1961-ci ilin iyul ayında məşhur kosmonavt Yuri Qaqarin elmi konfrans çərçivəsində İngiltərə kraliçası II Elizabetlə görüşüb.
Görüş zamanı kuryoz hadisə baş verib. Belə ki, çay süfrəsi arxasında əyləşən Qaqarin, etiket qaydalarını pozaraq çayı içərək, içərisindəki limonu yeyib.
Bu da iştirakçıların böyük təəccübünə səbəb olub. Kraliça II Elizabet Qaqarini vəziyyətdən çıxartmaq üçün, onun hərəkətini təkrarlayıb. Kraliçanın bu hərəkətini görən iştirakçılar da çayın içindəki limonu yeməyə başlayıblar.