Instagram boşluğu tamamlayan faydalı bir özəllik istifadəyə verib.

Ötən günlərdə web verisiyası üçün yeni bir masaüstü görüntü dizaynını yayımlayan platforma indi də “yaxında silinənlər” adlı bir funksiya gətirib.

Bu özəllik standart fotolar və videolarla məhdud qalmır. “IGTV” və “Reels” paylaşımlarını da əhatə edir.

Instagram bunun xüsusilə, profillərə hücumlara qarşı təsirli bir vasitə olacağına inanır. Bəzi hücumlarda influenserlər kimi önəmli profilləri ələ keçirənlər paylaşımları silə bilir.

İstifadəçilər silinən bir paylaşımı tamamilə ortadan qaldırmaq və ya geri qaytarmaq üçün hesab sahibi olduqlarını elektron poçt  və ya qısa mesaj yoluyla təsdiqləməli olacaqlar.

Silinən paylaşımları 30 gün boyunca “yaxında silinənlər” qovluğunda tapmaq olar. Qovluqdakılar 30 gündən sonra avtomatik olaraq silinmiş olacaq.

Silinən hekayələrdə isə bu müddət 24 saatdır. “Ayarlar” menyusundakı “hesab” bölməsindən “yaxında silinənlər” qovluğuna çatmaq olar.

Funksiya hələki bütün istifadəçilər üçün  təqdim edilməyib.