Sosial medianın gücü artdıqca həyatımıza da bir çox qavramlar girib. Sosial media terminləri kimi bilinən bu anlayışlar izləyicilərin platformalardakı aktivliklərini təmsil edirlər.
Bu baxımdan Instagram-da çox sıx işlədilən terminlərdən biri də SFS-dir.
Bəs SFS nədir?
Bütün sosial şəbəkələrdə istifadəçilərin hədəflərindən biri də hesablarının aktivliyini artırmaqdır. Bu məqsədlə SFS kimi özəlliklərə yönələn istifadəçilər başqa istifaçilər ilə iş birliyi edib, paylaşımlarını daha geniş kütləyə çatdırmaq istəyirlər.
İngilis dilində “Shoutout For Shoutout” qavramının qısa həlli olan SFS iki istifadəçinin öz profillərini qarşılıqlı şəkildə hekayələrində paylaşması anlamına gəlir. Beləliklə, izləyicilər, bəyənmələr, şərhlər artmağa başlayır.
Adi istifadəçilərlə yanaşı, bu funksiyadan məşhurlar da tez-tez istifadə edir. Məsələn bir markanın müəyyən bir məhsulunu işlədən məşhur onu hekayəsində markanın profili ilə paylaşır.
SFS necə edilir?
Bunun üçün özünüzə uyğun bir Instagram hesabı tapmalısınız. Ancaq diqqət etmək lazımdır ki, bu hesab öz profilinizlə eyni səviyyədə izləyiciyə, şərhə, bəyənmələrə sahib olsun. Çünki öz hesabınızdan yuxarı bir profil bu istəyinizi qəbul etməyə bilər.
Eyni zamanda bu hesabın güvənilən olmağına diqqət etmək lazımdır. Çünki şübhəli və ya “fake” bir hesabla SFS etmək bir çox sıxıntılara gətirib çıxara bilər.
Uyğun bir profil tapdıqdan sonra əvvəlcə istifadəçiylə mesajla əlaqə yaratmaq lazımdır. Əgər SFS istəyinizi qəbul etsə, onun profilinin ekran görüntüsünü çəkib hekayədə paylaşmaq gərəklidir. Bu zaman müxtəlif həştəqlər və profil haqqında maraq çəkici məlumatlar da əlavə etməyi unutmayın.
SFS-in tamamlanması üçün isə qarşı tərəfin də eyni əməliyyatı etməyi lazımdır. Beləliklə, hər iki tərəfin izləyiciləri hekayədəki profilləri görərək izləyə, bəyənə və şərh yaza bilərlər.