XXI əsr bir çox peşələri əlimizdən alıb, amma tamamilə fərqli peşələr də gətirdiyi bir həqiqətdir. Bu peşələrdən biri bloqçuluqdur.

Bəs, bu işin mahiyyəti və özəllikləri nədir?

Bloqlarda istədiyiniz bir çox mövzularda daha tez və aydın şəkildə məlumat əldə edə bilərik. “Veb və giriş” sözlərini birləşdirərək yaradılan termin bugünkü saytların diqqət mərkəzindədir.

Bilgisel.az məlumat verir ki, indi bloqçuluqdan pul qazanmaq asan bir peşəyə çevrilib. Bloqlar məhsullarını satmaq və ya reklam etmək istəyən insanları cəlb edir. Nəticədə daha uğurlu bir təşviq üçün sərbəst bloq adlanan bir sahə yaranır. Bir sıra şəxslər bu peşəyə yiyələnərək, qısa zamanda məşhur insanlar sırasına daxil olur. Deməli, bloqçuluq gəlirlə yanaşı, həmçinin də, insanlara məşhurluq bəxş edir. Məhz buna görə gənclər arasında bloq yaratmaq sahəsində vizual rəqabət gedir.

Bloq insanların heç bir yerə getmədən saniyələr içində yüksək miqdarda pul qazandırmasına şərait yaradır. Rahat və sərfəli bir iş mexanizmi olan bloqun ilkin işçilərinin qazandığı pul, illərlə çalışan şirkət işçisinin qazandığı puldan daha yüksəkdir.

İnternetdən Pul Qazanmaq

Milyonlarla Pul Qazanan Bloqqerlər

İndi isə sizə dünyad bloq sahəsində ən məşhur və külli miqdarda pul qazanan insanları təqdim edirik:

 1) Aimee Song (Style Song) –  İnteryer-dizayn tələbəsi olduğu illərdə bu saytı quran Song əvvəlcə dizaynla bağlı məzmunlar paylaşıb. Daha sonra moda haqqında paylaşmağa başlayan Aimee Song hazırda ən çox qazanan bloqqerlərdən biridir. Belə ki, Aimee Songun 2014-cü ildə bir milyon dollardan çox qazandığı məlumdur.

2) Şiara Ferraqni – “Blonde Salat” adlı bloqu ilə gündəmə gəlib. Ferraqninin İtaliyada oxuduğu zaman, 2009-cu ildə qurduğu bloq aylarla daha da populyarlıq qazanıb. İndi 7 rəqəmli qazancla çox gəlirli bir bloqa çevrilib. “Louis Vuitton” və “Chanel” kimi dünyaca məşhur markalarla işləyən Şiara Ferraqni, bu işdə öz sözünü deyən məşhur bloqçulardandır.

3) Leandra Medina (The Man Repeller) – Medinanı ən uğurlu bloqqerlərdən hesab etmək olar. Amerikalı yazıçı və moda bloqqeri kimi tanınan bu insan “The Man Repeller” adı ilə qurduğu bloqla bir neçə həftə ərzində uğurlu adlar siyahısında birinci yerə daxil olub. Bununla yanaşı, Leandra Medina barəsində “Dəbin kişilərə deyil, qadınlara aid olduğunu açıqladı” şərhi onun daha da şöhrət qazanmasına şərait yaradıb. Uğurlu yazıçı “Fast Company Magazine” tərəfindən hazırlanan 2013-cü ilin ən yaxşı 100 yaradıcı adı siyahısında yer almağa haqq qazanıb.

4) Bryan Qrey-Yamboo ( Bryanboy) Böyük moda yazarı Bryan Qrey-Yamboo 2004-cü ildən bəri uğurlu bir bloqqerdir. “Marc Jacobs” və “Anna Wintour” kimi dizayn nəhəngləri ilə işləyərək bu sahə ilə məşğul olduğu illər ərzində olduqca yaxşı pul qazanan Bryan vicdanla bildirir ki, hər il milyonlarla dollar qazanır.

5) Emili Vayss (Into the Gloss – Parıltı) Emili Vayssın yaratdığı parıltı daxilində gözəllik və modaya yönəlmiş bir bloqun olduğunu görürük. İllərdir moda köməkçisi işləyən Emili öz bloqunu yaratmaq qərarına gələrək işini tərk edib. Nəticədə çox uğurlu olan Emili Vayss bloqunda məşhur firmalardan istifadə edib və məşhur şəxsiyyətlərin fəndləri kimi mövzularda uğurlu məqalələr yazıb. Hər ay yüksək miqdarda pul qazandığını etiraf edən gənc bloqer böyük həvəslə və yorulmadan işindən zövq aldığını bildirib.

6) Skott Şuman ( The Sartorialist) Başqa bir məşhur bloqqer ildə 100 min dollar qazanan Skott Şumandır. Skott Şuman, adətən “The Sartorialist” adlı bloqunda küçə tərzi fotolarını özündə cəmləşdirir. Bundan əlavə, Şuman olduqca yaxşı qazandığı köhnə işini tərk edib. Onun bir məqsədi olub: ata olmaq və uşaqları ilə vaxt keçirmək. Belə ki, NyuYork küçələrini rəqəmsal kamera ilə gəzən və maraqlı gördüyü işlərin fotoşəkillərini çəkən Şuman öz bloqunu qurur, bloqçular sırasında ən uğurlu adlarından biri olmağı bacarır.

7) Raşell Parsell (Pink Peonies) Raşel adlı bu gənc qadın “Pink Peonies” bloqu sayəsində hər il 960.000 dollar qazanır. Əslində Parsell bloqu üçün məşhur tərəfdaşlar tapıb və bu işdən böyük qazanc əldə edib. Belə ki, “J. Group” və “Celine” kimi məşhur markaların məhsullarını, o cümlədən gəlinliklərini geyinərək səhifəsində reklam etməklə pul qazanır.

Gülayə Məcid