Yaponiya G7 ölkələri arasında intihar nisbətinin ən yüksək olduğu ölkədir.

Hər il Yaponiyada yüzlərlə insan intihar etmək üçün “İntihar Meşəsi” olaraq bilinən Aokigaharaya gedir.

Bilgisel.az məlumat verir ki, intihar meşəsi Aokigahara Yaponiyanın məşhur Fuji dağının ətrafında yerləşir. Yapon tarixində mistik bir yerə sahib olan və ölü canlarla eyniləşdirilən Aokigahara əvvəllər bir çox roman və filmin mövzusu olub.

“Həyat sizə verilən bir hədiyyədir”

İntihar Etmək İstəyənləri Özünə Çəkən Mistik Meşə

Meşənin girişindəki lövhə: “Həyat sizə verilən bir hədiyyədir”

Bildirək ki, meşənin qeyri-adi olması bura intihar məqsədi ilə gələnlərin sayını günü-gündən artır. Səlahiyyətlilər, bu meşədəki intiharların sayını rəsmi açıqlamasalar da, bu insanlarda maraq və şübhələrin yaranmasına səbəb olur. Həmçinin də, meşənin girişində “Həyat sizə verilən bir hədiyyədir, ailəniz, uşaqlarınız və dostlarınız haqqında sakitcə düşünün. Özünüzü tək hiss etməyin, qərar verməzdən əvvəl bizimlə danışın” – deyə plakatlar asılıb.

Meşədə intihar edənlərin yarıdan çoxu başqa şəhərlərdən olan insanlardır. Bu insanlar meşəyə qəsdən, intihar etmək üçün gəlirlər. Meşənin girişindəki tərk edilmiş avtomobillər buna sübutdur.

Bura üz tutan insanların yalnız bir məqsədi olur – İntihar

İntihar Etmək İstəyənləri Özünə Çəkən Mistik Meşə

Bu meşəyə gələnlərin tək məqsədi intihar

2016-2020-ci illərdə Yaponiyada son 30 il ilə müqayisədə gənclərin intihar səviyyəsi artıb. Yaponiya Təhsil Nazirliyinin hesabatına görə, ibtidai məktəb yaşındakı 250 uşaq ailə problemləri, cinsi təcavüzakarlıq və stress kimi mövzularda həyatlarını sonlandırır. Hökumət 2026-cı ilə qədər gənclər arasında intihar səviyyəsini 30 faiz azaltmağı planlaşdırdığını açıqlayıb. Plana məsləhətçilərin işə götürülməsi və ölkənin hər bir ibtidai və orta məktəbi üçün 24 saat qaynar xəttin işə salınması daxildir.

Aidiyyatı qurumlar bu barədə xüsusi araşdırma aparmaqdadır. İndiyə kimi meşənin gizliliyi və qeyri-adiliyi hələ ki, elm adamlarına məlum deyil. Bəzi mütəxəssislərin açıqlamasına görə, meşədə insanların özünə qəsd etməyə şərait yaradan neqativ enerjinin olduğunu bildirilir. Və yaxud meşənin sıx ağaclarla əhatə olunması, mənfi situasiyaların yaranmasına səbəb olur. Daha çox psixoloji problemlər yaşayan insanlar bu təsirə məruz qalır.

Maraqlısı odur ki, bura üz tutan insanların yalnız bir məqsədi olur. O da intihar.

Buna görə də, yerli sakinlər müxtəlif addımlar ataraq, meşədə intihar qarşısını almağa çalışırlar.

Hər il 20 min insanın intihar etdiyi ölkədə musiqiçi Kyoçi Uatanabe adlı gənc Aokigaharaya gedərək mühafizəçi peşəsinə yiyələnib. Beləliklə, o, yüzlərlə insanın intihar etdiyi Aokigahara meşəsində mahnı oxumaqla insanları intihardan çəkindirməyə çalışır.

Gənc musiqiçinin könüllü olaraq qorxulu meşədə işə başlaması insanlar tərəfindən yüksək qiymətləndirilib. Kyoçinin mətbuata açıqlamasın da, meşədə mahnı oxuyaraq insanları intihardan çəkindirməyə çalışdığını bildirib.

Gülayə Mecid