Son günlər ölkəmizdə intihar hadisələrinin sayının artması vətəndaş olaraq hər birimizi narahat etməkdədir.

Bilgisel.az mövzu ilə bağlı Psixoloq Zeynəb Əyyubova ilə müsahibəni sizə təqdim edir.

– İnsanları intihara sürükləyən nədir?

– İnsanlar adətən özlərini yalnız hiss etdikdə, xoşbəxt olmadıqda intihar qərarını verirlər.

– İntihar etməyi düşünən insan hansı mərhələlərdən keçir?

– Bu qərarı verən şəxslər hər şeydən əlləri üzülmüş, münasibətlərində xoşbəxt olmayan, həyatlarını rahat keçirməyən insanlar olur.

– Bir insanın intihar etmək düşüncəsində olduğunu necə anlaya bilərik?

– İntihar etmək istəyən şəxslərdə bəzən genetik faktora nəzər yetiririk. Yəni nəsildə kimsə bunu edibsə, bu özünü biruzə verir. Bu şəxslər dəfələrlə kimlərinsə yanında “mən özümü öldürəcəm”, “asacam” və s. ifadələr işlədirlər. Bu da onların düşüncəsini almağa kömək edir.

– İnsanlarla intihar barəsində danışmaq onların intihara yönəlməsinə səbəb olurmu?

– Bəzən bu mövzu haqqında çox danışmağın da intihara səbəb olduğu deyilir. Amma bunun əksi də təbliğ olunmalıdır. Cəmiyyət içində maarifləndirmə aparılmalıdır ki, bu kimi halların qarşı alınsın.

Psixoloq ilə MÜSAHİBƏ

Psixoloq Zeynəb Əyyubova

– İntihar çıxış yoludur?

İntihar çıxış yolu deyil. İnsanlarda maariflənmə olmalıdır. Onlar bilməlidirlər ki, intiharı zəif insanlar edir.

– Bu halı son çıxış yolu kimi seçən insana necə yardım edə bilərik?

– Belə insanlara dəstək olmaq lazımdır. Onların bu həyatda tək, naqis olmadığını, sevildiyini bildirərək çəkindirə bilərik.

– İntihara cəhd etmiş insanların ailələri bu hadisədən necə təsirlənir?

Bu valideynlərin övladları ömür boyu bunun təsirində olur. Həmişə onlara cəmiyyət tərəfindən bir etiket, damğa vurulur.

– Son vaxtlarda gənclər arasında bu tipli hadisələrin artmasının səbəbi sizcə, nədir?

İntihara cəhd edən gənclərdə əsasən maddi-mənəvi çətinliklər, şəxsi həyatları, ailələrində daim mübahisəli zəmin, xoşbəxt olmayan ailə, boşanmış ailə və s. hadisələr bu tip halların çoxalmasına səbəb olur.

 

Aytac Ələkbər