44 günlük Vətən müharibəsində gözünü itirən qazimizə plastik göz qoyulub.

Bilgisel.az xəbər verir ki, YAŞAT Fondunun dəvəti ilə ölkəmizə gələn israilli həkimlər qazinin gözünü işığa qovuşdurub.

Verilən məlumata görə, israilli qadın vəfat etmiş həyat yoldaşının göz buynucuqlarını xüsusi olaraq Azərbaycan əsgərinə ianə edib. Bundan sonra xüsusi icazə ilə orqan dövlət sərhədindən çıxarılaraq, Azərbaycana gətirilib. Əməliyyatı edən həkimlər isə ödənişlərdən imtina edərək, təmənnasız olaraq bu əməliyyatı həyata keçiriblər.