Qurban bayramı İslam dininin müqəddəs bayramlarından biridir. Qurban bayramının tarixi İbrahim peyğəmbərin həyatında baş verən hadisə ilə başlayır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Bu məlumat Quranda da əksini tapıb .Zaman keçdikcə İslamda qurban kəsmək kütləvi hal aldı.

Qurbanlıq üçün kəsilən heyvanın zahiri əlamətlərini bildirən məsələlər də İslamda öz əksini tapmışdır. Qurbanlıq heyvan hər şeydən öncə sağlam və nöqsansız olmalıdır. Kor, şikəst, axtalanmış, buynuzu qırılmış və ya hər hansı bədən üzvündə eybi olan heyvanı qurban kəsmək olmaz. Xəstə və ya qocalıb əldən düşmüş heyvanı da qurban kəsmək islami-əxlaqi cəhətdən icazəli deyil. Qurbanlıq heyvanlara verilən tələblər: dəvə cinsidirsə 5 yaşı, inək və ya camış cinsidirsə 1 yaşı, qoyun və ya keçi cinslərinin isə 6 ayı tamam olmalıdır.

Qurbanlıq heyvanlar online formada kəsiləcək

Qurbanlıq heyvanlar Online formada satılır

Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992- ci il 27 oktyabr tarixli “ Azərbaycan Respublikasının bayramlar haqqında ” qanununa əsasən hər il bu bayram dövlət səviyyəsində qeyd olunur. Bu il Qurban Bayramı 31 iyul və 1 avqust tarixində qeyd ediləcək. Beşgünlük iş həftəsində işləyənlər üçün 3 avqust tarixi istirahət günüdür.

Dünyanı cənginə alan koronavirus pandemiyasına görə bu il Qurban bayramının qeyd olunmasında müəyyən dəyişiklər edilib. Qafqaz Müsəlamanları İdarəsi bununla bağlı məlumat yayıb.

Məlumatda qurbanlıqların ictimai yerlərdə kəsilməməsi də qeyd olunub. Məqsəd isə insanların kütləvi toplaşmasının qarşısını almaqdır.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmakalarından alınması üçün www.qurbanliq.kendden.az satış portalına müraciət olunmalıdır. Sifariş etmək istəyənlər 31 iyul saat 00:00 – dək satış məntəqələrindən onlayn qeydiyyat götürə bilərlər.

Rayon qeydiyyatdında olan vətəndaşlar bölgələrə gedərlərsə, onlar yenidən Bakıya buraxılmayacaq . Bunu Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Kamran Əliyev deyib. O bildirib ki , eyni zamandan , işi uzun müddət işləməyən vətəndaşlar rayona gedərlərsə onlar da bayramdan sonra Bakıya qayıda bilməyəcklər. Bakı qeydiyyatında olanlar isə ümumiyyətlə rayona gedə bilməz.

Gülər Seymurqızı