Motivasiya ən sadə şəkildə desək, “bir şeyləri etmə arzusu”dur. Motivasiya hərəkətə başlamanız üçün bir qüvvədir.
“Motivləşdirmə” latın sözü olub “sövqetmə”, “oyatma” mənası verir. İlk dəfə bu termini A.Şopenhauer öz məqaləsində işlədib. Motivasiya insanın iş görməsini dəstəkləyən təhrikedici psixoloji qüvvədir. O, insan davranışlarını istiqamətləndirməklə onların fəaliyyətsizliyini aradan qaldırır, fəaliyyətin davamlılığını təmin edir.

Motivasiyanın təlimdə rolu

Images) 43 Of The Most Popular Motivational Picture Quotes

Motivasiyanın təlim və tədris işində çox böyük rolu var. Bu mənada müəllimlərin üzərinə həm özlərinin, həm də şagirdlərin motivasiyasını yüksək tutmaq üçün böyük iş düşür. Təlimdə motivasiya təhsilalanlarla əlaqəli olub, onları təlim prosesində iştirak etmək arzuları ilə təmin edir. Fəaliyyətsizlik, zəif motivasiya ilə müşayiət olunan təlimdə təhsilalanlar özləri özlərini ruhlandırmaqda çətinlik çəkirlər.
Yüksək motivasiya olunmuş şagird və tələbələrin qoyulmuş məqsədlərə, təlimin nəticələrinə yiyələnməyi mümkün və asan olduğu halda, zəif motivasiya edilmiş şagird və tələbələrin məqsədlərinə nail olmaları
çətinləşir. Fəal təlim prosesində motivasiya açar rolunu oynayır və ən güclü təhrikedici, təsiredici bir faktordur.
Bütün şagirdlər, tələbələr motivasiyalı ola bilər, lakin onların motivasiya mənbələrinin fərqli olması gözləniləndir. Bu fərqləri bilən müəllim öyrənənlərin öyrənmə həvəsini tənzimləmə bacarığına malik olmuş olur. Təhsilalanlarla motivasiyanı yaradan səbəbləri bilmək pedaqoji prosesin təşkilatçıları üçün vacibdir.
Güclü xarici motivasiya faktoru olan müəllim həm də ruhlandırıcıdır. Şagird və tələbənin yüksək və zəif motivasiyası müəllimdən çox asılıdır. O, təlim prosesini təşkil, tədris materiallarının rəngarəngliyini, maraqlı olmasını, sərbəst seçim şəraitinin yaradılmasını təmin edir.

Pandemiya dövründə motivasiyaedici kitablar

15 Inspirational Quotes on Reading from Famous and Beloved ...

Son zamanlar dünyanı bürüyən koronovirus təhlükəsi bir çox insanlarda o cümlədən təlim-tədris işiylə məşğul olan müəllimlərdə, elm adamlarında panika və qorxu yaradıb.
Bu hal onların işlərinə də diqqətli yanaşmalarına problem yaradır. Bu problemi aradan qaldırmaq üçün psixoloqlar bir-sıra motivasiyaedici kitabları oxumağı məsləhət görürlər:
-Elizabeth Gilbert “Böyük Sehr” (Big Magic) – kitab insanları qorxularından uzaqda yaşamağa səsləyir.
-Tom Rath “Tam Enerjilisən?” -kitab həyata və işə enerji qatmağın 3 yolundan bəhs edir.
-Jackie Woodside “Xaos Sakitləşdirici” ( Calming the Chaos)- kitab Zamandan daha çox enerjinizi idarə etmək üçün bələdçinizdir.
-Tess Vigeland “Sıçrayış” ( Leap) – B planı olmadan işdən çıxmaq və arzuladığın həyata qovuşmaq imkanlarından bəhs edir.
Psixoloqlar məsləhət görürlər ki, bu kitabların mütailə edilməsi onların şəxsi işindən məmnun olması, həzz alması, öz-özünü motivləşdirməsi baxımından böyük əhəmiyyət kəsb edir.
İnteraktiv təlim prosesində motivasiya nə qədər yüksək olarsa, təlimin nəticələrinə bir o qədər asan yiyələnmək olar. Hər bir müəllimin, təhsil strukturunun qarşısında duran əsas vəzifələrdən biri motivasiyanı və onun təlimdəki rolunu düzgün dəyərləndirmək, onu təhsilalanlarda yaratmaq və inkişaf etdirməkdən ibarətdir.

Ülkər Abdurahmanlı