Tarixin müxtəlif dövrlərində yoluxucu infeksiyalar və pandemiyalar insanların həyatına təhlükə yaradıb. Geniş vüsət alan yoluxucu xəstəliklər insanlarda kütləvi qorxu ilə yanaşı, bir sıra psixoloji problemlər yaradıb.
Psixoloq Leyla Əli Bilgisel.az-a açıqlamasında koronavirusun, karantin rejiminin yarada biləcəyi psixoloji problemlər haqqında danışıb.

Ekspert bildirir ki, insan psixologiyası müxtəlif olduğu kimi infeksiayalara qarşı reaksiyaları da fərqlidir: “Ölkəmzidə Covid-19 infeksiyası yeni başlayanda , yəni biz virusu idxal edəndə koronavirusa inanmayanlar çox idisə, indi hamı yaranmış vəziyyəti qəbul edir. Pandemiya ilə bağlı tətbiq edilən sosial təcrid qaydaları nəticəsində insanların fəallığı azalıb. Karantin qaydalarının tətbiqi bəzi insanlarda bir sıra psixoloji problemlər yaradıb”.

Karantin dövrünün uşaqlara təsirləri

What coronavirus quarantine was like for a mom and kids in Taiwan ...

Psixoloqun sözlərinə görə normal və inkişaf problemi olan uşaqlara karantin dövrünün təsirləri müxtəlif səviyyədədir:
“Karantin dövründə normal inkişafda olan uşaqlarda davranış problemləri, aqressivlik, valideynlərlə konfliktlər kimi hallar özünü göstərirsə, inkişaf pozuntusu olan uşaqlarada sosial təcrid öz mənfi təsirini daha çox biruzə verir. Buna autizm spektr pozuntusu, digər davranış problemləri olan uşaqları misal göstrmək olar. Hətta bu uşaqlar arasında ətrafdakılara və özünə zərər vermə hallarına da rast gəlinir”.
Ekspert qeyd edir ki, inkişaf pozuntusu olan uşaqlara sosial təcrid anlayışını izah etmək çətindir: “Bu baxımdan mütəxəssisə müraciət etmək zəruridir. Bununla yanaşı, valideynlərin daxili təmkinini qoruması çox önəmlidir”.
Psixoloq bildirir ki, sosial təcrid dövrünün səmərəli keçməsi üçün istər normal inkişafda olan, istər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün gündəlik rejim tədbiq etmək vacibdir: “Səhər eyni saatda yuxudan oyanmaq, səhər yeməyi yemək, təyin olunmuş müddətdə dərslərlə məşğul olmaq və s. Məktəbəqədər yaş dövründə olan uşaqlarla gün ərzində fərdi inkişafı gücləndirən müxtəlif oyunlar təşkil etmək tövsiyə olunur. Bu dövrdə uşaqların fiziki fəallığını da unutmaq olmaz. Ev şəraitində onların rəqs, idman hərəkətləri etməsi və fərqli oyunlarla məşğul olması təmin edilməlidir”.

Covid-19 və böyüklər

Study explores impact of COVID-19 on adults - The Hippocratic Post

 

Ekspertin sözlərinə görə, sosial təcrid orta yaşlı nəslin psixikasına mənfi təsirini müxtəlif cür göstərir: “Psixoloji immuniteti zəif olan insanlarda məhdudiyyətlər bir sıra psixoloji problemlər yaradır. Virusa yoluxmaq qorxusu ilə yanaşı, doğmalarını itirmək qorxusu bəzən depressiv xarakater ala bilir. Belə vəziyyətlərdə mütəxəssislər insanlara psixoloji təlqininin əhəmiyyətini xüsusilə aşılamalıdır. Psixoloji narahatlıq yaşayan insanlar koronavirusla bağlı istənilən informasiya və məlumatdan uzaq durmalıdır. Onlara TV, radio, sosial şəbəkələrdə virus xəbərlərini seyr etmək və dinləmək məsləhət deyil. Hazırkı dövrdə günün sonunu gözləyərək məhz neçə nəfərdə yoluxma və sağalma kimi xəbərləri gözləyən insanlara da rast gəlinir. Belə xəbərlərdən sonra gərginlik hiss edən insanlar, qaydalara riayət etmək şərti ilə ümumiyyətlə virusla bağlı daha az məlumat əldə etməlidir”.

Koronavirusun verdiyi dərslər

Seven Lessons Learned While Transitioning Into Entrepreneurship In ...

Psixoloq bildirir ki, karantin dövründə insanlar əvvəl sahib olduqlarının dəyərini daha yaxşı anlamağa başlayırlar:
“Bəzi insanlar dünyanın zahiri tərəflərinə o qədər aludə olub ki, təbiətin bizə verdiyi nemətlər və gözəlliklərə laqeyd yanaşır. Amma bu gün sosial təcrid zamanı biz elit restoranlar əvəzinə, dəniz kənarında gəzintini nemət hesab etməyə başlamışıq. Xarici səfərə getmək üçün sıxıntı keçirdiyimiz halda, indi günəşli havanı hədiyyə hesab edirik. Xoşbəxtlik və sevgi bizim daxilimizdədir kənarda yox. Kənardan virusa yoluxacağımıza inanmaq əvəzinə, qəlbimizdəki böyük sevgiyə inanmalıyıq”.

Ülkər Abdurahmanlı