2022 ci ildə Avrasiya Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən KGL Beynəlxalq dil yarışmasının ilk mərhələsindən son mərhələsinə qədər olan gözəl və dəyərli anlarımız.

Bu yolda bizimlə olan, bizə inanan, dəstək olan hər kəsə təşəkkür edirik.

Təəssüflər olsun ki, qaliblərimizdən biri olan bizi Selanikdə təmsil edən iştirakçımız son anda bizdən qaynaqlanmayan səbəblərə görə (öz istəyi ilə) Global tədbirdə iştirak etməkdən imtina etdi.

Nəzərinizə çatdıraq ki, qalibimiz 23 sentyabr 2022-ci il tarixində online olaraq imtahana qoşuldu.

Qeyd edək ki, 24 sentyabr tarixində Selanikdə Global qaliblərin seçilməsi üçün keçirilən və 1 saat davam edən Final mərhələdə Global qalib Bolqariyalı iştirakçı oldu və 1 ci yerə görə təklif edilən 500$ dan başqa 1000$ (ümumilikdə 1500$) məbləğində pul mükafatı qazandı. Hər level üzrə
1-ci yerə 500$
2-ci yerə 250$
3-cü yerə 150$
Və müxtəlif mükafatlar təqdim olundu.

(Digər qaliblər və ətraflı məlumatüçün www.kglcontest.org səhifəsini ziyarət edə bilərsiniz)

Bundan başqa 3 gün müddətində iştirakçılar və müəllimlər üçün gəzintilər təşkil olundu. İştirakçı və müəllim üçün (yol xərci xaric) bütün xərclər KGL Contest tərəfindən ödəndi.

Biz Azərbaycan tərəfdaşı olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Məqsədimiz övladlarımızın İngilis dili biliyini yoxlamaq yox, onların bu dilə olan marağını, həvəsini daha da artırmaq, onlara təhsilin, elmin onlar üçün yaratdığı şansları dəyərləndirmələrini, digər ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət qurmalarını təmin etməkdir.