Dünyanın 40-a yaxın ölkəsində təşkil olunan və sürətlə böyüyən KGL Beynəlxalq Dil Yarışması (KANGAROO GLOBAL LİNGUİSTİC ) artıq Azərbaycanda fəaliyyətə başlayıb.

KGL Contest 2022 İngilis dili olimpiadasının birinci mərhələsi Azərbaycanda ilk dəfə Avrasiya Tədris Mərkəzinin təşkilatçılığı ilə Hilton oteldə keçirilib.

Ümumilikdə 3 növbə olmaqla, 350-dən çox şagirdin iştirakı ilə baş tutan yarışmanın birinci mərhələsində iştirak edən hər iştirakçıya sertifikat təqdim edilib.

İkinci mərhələyə 61 şagird iştirak hüququ qazanıb. Yarışmanın təltifetmə mərhələsi 6 avqust tarixində Hilton oteldə baş tutacaq. Yarışmada 22 medal (15 medal I,II,III yer üzrə və 7 medal fərqlənmə), I,II,III yerə uyğun, fərqlənmə və uğura görə sertifikatlar və I yer sahiblərinin məktəblərinə təşəkkürnamə plaketi, Pre-A1 səviyyəsinə I,II,III yerə uyğun olaraq pul mükafatı təqdim olunacaq.

Qaliblər hər il fərqli bir Avropa ölkəsində keçiriləcək final mərhələsində iştirak hüququ qazanır. Bu il final mərhələsi Yunanıstanda keçiriləcək.

Yarışmanı daha yaxından izləyin:

Rəsmi veb sayt: www.kglcontest.az 

Facebook: @kglcontest.az

Instagram: @kglcontest.az