Pandemiya səbəbindən məktəblər müəyyən müddətlik bağlanmış və imtahanlar ləğv edilmiş ola bilər. Ancaq uşaqların hələ də özlərini güvəndə hiss etməyə, öyrənməyə və əylənməyə ehtiyacı var.

Yeni həyat tərzinə alışmağa çalışdığımız bu zamanlarda uşaqları evdə öyrətməyə necə başlayaq?

Dünyaca tanınmış müəllimlər bu barədə valideynlərə öz tövsiyələrini veriblər.

Bilgisel.az valideynlərə kömək edəcək  həmin üsulları təqdim edir:

Övladınızın xoşbəxtliyini birinci planda tutun

Öyrənmək uşaqlar özlərini xoşbəxt, güvəndə və əmin hiss etdikləri halda mümkün olur.

Bir rutinə bağlı qalın

Uşaqların normal hala, vərdişlərə və məlum bir həyat tərzinə ehtiyacları var. Bu səbəbdən rutinə bağlı qalın. Bu, evdə öyrənməyi asanlaşdırar və uşaqlar bu müddətin tətil olmadığını dərk edərlər.

Uşaqlarınıza seçim haqqı verin

Uşaqlar telefonla oynayır

Uşaqları telefon və planşetlərdən uzaq tutun

Uşağınıza azadlıq verin

Övladınızın öz fikirlərini sərbəst söyləməsinə və gün ərzində edəcəklərini özünün planlaşdırmasına icazə verin. Əgər fasiləsiz telefon oyunları ilə vaxt keçirərsə, müdaxilə etmək lazımdır. Ancaq müdaxilə etməzdən əvvəl ona seçim haqqı verin. Ona mobil oyunlardan maraqlı oyunlar oynaya biləcəyini göstərin. Bir çox valideyn nəticədən razı qalacaq.

Tablet, telefon və televizordan istifadəni məhdudlaşdırın

Bu kimi texnoloji vasitələrdən çox istifadə həm fiziki, həm zehni problemlər yaratmaqla yanaşı, yuxu rejimini də pozur. İdmanla məşğul olmaq,  kitab oxumaq, ya da yeni bir məşğuliyyət tapmaq televizor və kompüter ekranlarının şüasından qurtulmağın ən gözəl yollarındandır.

Övladınıza qayğıyla yanaşın

Uşaqlarınızın özündən gözlənilənləri və qarşılaşdığı çətinlikləri bölüşməsinə icazə verin. Onları səbrlə dinləyin və tez reaksiya verməyə çalışmayın.

Hər gün kitab oxumağa təşviq edin

İstər özləri təkbaşına, istər valideynləri və ya dostları ilə olsun, uşaqların kitab oxumağa davam etməyi çox önəmlidir. Yaşlarına uyğun nə oxduqları fərq etməz, təki oxusunlar.

Daim idarə etməyə, ultimatum verməyə çalışmayın

Onları müəyyən qədər azad buraxın. Qoyun, öz arzu və istəklərini özləri tapmağa çalışsınlar. Amma nəzarətiniz daim üzərlərində olsun.

Uşaq liderliyinə öyrənməyini dəstəkləyin

Övladınızı marağını cəlb edən bir mövzunu araşdırmağa və sonra öyrəndiklərini sizə danışmağa təşviq edin.

Uşaqlara onlarla birlikdə əyləndiyini göstərin

Evdə uşaqlarınızla kitab oxuyun

Onlarla kitab oxuyun

Unutmayın, öyrənmək əyləncəli olmalıdır

Öyrənməyi əyləncəli hala gətirmək böyük əhəmiyyət kəsb edir. Bu baxımdan yemək bişirmək, şəkil çəkmək can sıxıntısını yox edən məşğuliyyətlərdəndir.

Uğurlarını deyil, bu uğuru qazanmaq üçün çəkdiyi zəhməti tərifləyin

Övladınızın uğurlu nəticəsini tərifləməkdənsə, o nəticəyə gələnə qədər göstərdiyi əziyyəti, cəhdləri alqışlamaq daha effektiv nəticə verər.

Övladınıza zaman ayırın

Birlikdə keçirtdiyiniz vaxtın dadını çıxarın. Onunla oyun oynayın, yemək hazırlayarkən övladınızdan kömək istəyin, mahnı oxuyun və ya rəqs edin. Uşaqlara onlarla birlikdə əyləndiyinizi göstərin.

Pozitiv olun

Gündəlik tutun. Hər gün altı dəqiqənizi bunları yazmağa sərf edin. Minnətdar olduğunuz üç nüansı, bugünü gözəl keçirmək üçün planınızı,  görəcəyiniz xeyirxah bir işi, özünüzü inkişaf etdirmək planlarınızı və günün sonunda yaxşı təcrübələrinizi də həmin dəftərə yazın.

Ülkər Əbdürrəhmanova