“Bir yaşlı qadın ağlaya-ağlaya korpusdan çıxanda qabağını həkimlər kəsdi. Nə qədər yalvardısa, həkimlər çölə qoymadı. 70-75 yaşında korona xəstəsi idi. Dedi heç olmasa uzaqdan bir dəfə görüm onu. Əvvəlcə, nə dediyini anlamadım. Öyrəndim ki, oğlu reanimasiyada yatır. Görüşdürmədilər, düz də etdilər. İşıq dirəyinə sarılıb, ağlayır, yalvarırdı”.

Bilgisel.az xəbər verir ki, bu sözləri hazırda korona xəstəliyindən əziyyət çəkən Xəqani Hüseynov öz Facebook səhifəsində yazıb. O, hər kəsi koronavirusa qarşı diqqətli olmağa çağırıb və xəstəxanadakı müşahidələrini bölüşüb:

“Yaşlılar rəsmən can verir. Hərəsinə bir balon qoşub gəzdirirlər. Şlanqı çıxaran kimi aləm qarışır. O boğulmaqların səsi götürüb palataları. Qan növbəsində  cavan bir oglanın başına tökülüşdülər. Nəfəsi gedib gəlmirdi. Tez öz növbəmi mən ona verdim. Şəkli də var paylaşa bilmirəm. İstəməyin atmayacam. Bunu yazıram ki, sadəcə real vəziyyəti biləsiniz.  Virusa inanırdım amma day belə oldugunu bilmirdim. Həkimlər qarışqadan betərdilər. Qəhrəmandılar vallah. Xidmət superdir. Sanki oteldəyik. Ürəyin istəyən hər şey. Hər dəqiqə bir həkim gəlir sorğu-sual edir. Yazıqlar ölürlər. Üz-gözləri qıpqırmızı, cırıx-cırıx. Evlərinə günlərdir getmirlər. Paltar, üzdə maska, dalınca yekə kaska. Qızdırmam 38, ciyərim dağılır öskürəndə. Deyirsən adi qripdir. Adi qripdə can vermək var ay insafsız. Adi qrip adi qripdir. Bu qrip deyil !!! Ailəlikcə virus tutub, boğulanlar var. Ər-arvad, uşaqları. Dəhşətdir sadəcə”.