Almaniyanın “Fromycon” adlı biotexnologiya şirkəti koronavirusa qarşı təsirli dərman tapıb.
“FYP207” adı verilən dərman virusun hüceyrələrə giriş yollarını bağlayır və mutasiya edirsə belə, nüfuz etməsini əngəlləyir.
Dərman üçün firma tərəfindən “təcili təsdiq” üçün müraciət olunub.
Bütün dünyada təsirini göstərən koronavirusa qarşı aparılan peyvənd araşdırmaları davam edərkən, Kanada, İngiltərə və ABŞ Pfizer ile BioNTech-in hazırladığı peyvəndi dəstəkləmişdi.
İndi isə bu dərman koronavirusla bağlı sevindirən daha bir detal olub.
Dərmanın peyvəndlənməyən, peyvənd sonrası yenidən xətələnən, ya da antikor yaranmayan və müxtəlif səbəblərlə dərmanla müalicə olunmalı insanlar üçün böyük bir ümid olduğu bildirilib.
Mütəxəssislər açıqlayıblar ki, dərman COVİD19-u tamamilə bloka salır.
O, hüceyrələrin bu virusa yoluxmasını tamamilə əngəlləyir və virusun bədənə girmək üçün işlətdiyi “ACE2” reseptorlarını istifadə edir. Dərmanın virusun mutasiya olmuş halına da təsirli olduğu bildirilir.
Firmanın prezidenti Carsten Brockmeyer ARD televiziyasının xəbər proqramına açıqlamasında artıq xəstəxanaya götürülən insanların bir müalicə seçiminə sahib olduqlarını bildirilib.
Dərmanın ən sürətli təsdiqi ilə belə, 2022-ci ildən tez satışa çıxarılacağı gözlənilmir.
Firmanın prezidenti qeyd edib ki, dünyada əhalinin 50-60 faizinin peyvəndlənməsi illər alacaq. 10 il sonra belə peyvəndlənməmiş, peyvənd olunsa da, yenidən bu xəstəliyə yoluxan milyonlarla insan olacaq. Dərmanla xəstəliyin faizi aşağı salınarsa, virus təhdidinin əsasən yox olacağını söyləyib.