İlk dəfə Hindistanda rast gəlinən koronavirusun Delta variantı hazırda dünyanın bir çox yerində yoluxma sayını artıran səbəb kimi göstərilir.
Birləşmiş Krallıqda son həftələrdə delta variantı daha çox yayılır.
Bu variantın artıq qonşu Türkiyədə də yayıldığı açıqlanıb. Türkiyənin səhiyyə naziri Fahrettin Koca iyunun 13-də məlumat verib. O vurğulayıb ki, yayılan 134 Delta variantının 82-si İstanbulun payına düşür. Ümumilikdə, ölkənin 16 bölgəsində koronavirusun bu növü yayılıb.
Delta variantına ümumilikdə, dünyanın 65-dən çox ölkəsində rast gəlinib.
İndiyə qədər bəzi peyvəndlərin bu varianta qarşı təsirli olduğu da açıqlanıb.
Delta variantının ilk rast gəlindiyi Hindistanda isə mayın ortasında pik həddən sonra yoluxan və ölənlərin sayı azalır. May ayının ortasında 400 mini ötən günılük yoluxma sayı hazırda 55 mindən aşağı düşüb və normal səviyyəyə yaxınlaşmış vəziyyətdədir.
Delta variantı nədir?
Virusların mutasiyası təbii bir haldır. Ortaya çıxan variantların çoxu önəmsiz qəbul edilsə də, bəziləri daha yoluxdurucu və bəzən öldürücü ola bilir.
İngiltərə alimləri B.1.617.2 kimi bilinən Delta variantının ilk dəfə ölkənin şərqində rast gəlinən Alfa variantından daha sürətlə yayıldığını deyirlər.
Birləşmiş Krallıda aparılan bir araşdırma Delta variantı əvvəlki koronavirus yoluxmalarından fərqli simtomları olduğunu üzə çıxarıb.
“Zoe Covid Simtomları” adlı araşdırmanı aparan professor Tim Spector bu variantda ən çox baş, boğaz ağrısı, burun axıntısı kimi simptomları olduğunu, gənc xəstələrin isə daha çox ağır bir soyuqdəymə keçirmiş kimi hiss edə bildiyini söyləyib.
İnsanlar özlərini çox xəstə hiss etməsələr də, virusu yaya bilirlər. Bu səbəblə sadalanan əlamətləri hiss etdikdə Covid-19 testi vermələri istənilir.
Bundan əvvəl İngiltərə Sağlamlıq Xitmətləri tərəfindən koronavirusun simptomları öskürək, qızdırma, qoxu və dad itkisi olaraq müəyyən olunub. İndi isə bu əlmatlərə daha az rast gəlindiyi bildirilir.
Ingiltərə səhiyyə naziri Matt Hancock bu həftə açıqlamasında delta variantının 49 faiz daha yoluxucu olduğunu bildirib.
Ancaq ilkin qənaətlərə görə iki doza peyvənd bu varianta qarşı da təsirlidir.