Əslən Laçın rayonunun Sus kəndindən olan şair İlham Qəhrəmanın atası Umud Qəhrəmanov bu gecə vəfat edib.

Bilgisel.az xəbər verir ki, bu barədə İlham Qəhrəman məlumat verib. O, atasının Laçının işğaldan azad olunmağından iki saat sonra vəfat etdiyini bildirib.

İlham Qəhrəmanın sözlərinə görə, 20 ilə yaxındır atasının gözləri tutulub: “Amma səhhətindən başqa şikayəti yox idi. Atam Laçının alınması xəbərinin sevincinə tab gətirmədi”.

Allah rəhmət eləsin!