Türkiyənin məşhur müğənnisi Rafet El Romanın başı bəlaya düşüb.
Müğənni ötən həftələrdə Mersində bir AVM-də konsert verib. Konsertdən sonra xanım fanatlarından biri ona səsini dinlədib fikrini öyrənmək istəyib. Ancaq müğənni xanımı istedadsız sayıb, səsini bəyənməyib.
Bundan sonra gənc qızın sevgilisi ona zəng edərək təhqir və təhdid edib. Müğənni məhkəməyə müraciətt edib.
“Sabah” qəzeti yazır ki, xanımın sevgilisi “şəxsi bilgiləri qanuna zidd şəkildə ələ keçirmək və yaymaq” maddəsiylə ittiham olunur. Onu 4 ilə qədər həbs cəzası gözləyir.
Həmin şəxs ifadəsində məqsədinin təhdid olmadığını, müğəninin birlikdə yaşadığı insanı narahat etdiyini düşünüb əsəbləşdiyini, səhv anlaşılan sözlər söyləmiş ola biləcəyini deyib.