Uzun müddətdir xəstə olan Türkiyənin məşhur şoumeni Mehmet Ali Erbilin 64 yaşı tamam olub. O, yeni yaşını keçmiş həyat yoldaşları ilə birgə keçirib.
Qaçış sindromu xəstəliyinə tutulan Erbil bir müddətdir televiziyaya vida edib.
Doğum günüylə bağlı sosial şəbəkədə paylaşılan fotolarda onun keçmiş həyat yoldaşları ilə eyni masada olmağı diqqət çəkib.
Çətin günlər yaşayan şoumeni 2-ci həyat yoldaşı Nergis Kumbasar və 4-cü xanımı Tuğba Coşkun özəl günündə tək qoymayıb.
Yeniköydəki evində ad gününü qeyd edən şoumen keçmiş həyat yoldaşlarıyla eyni masada şamları üfürüb.
Aktrisa Nergis Kumbasar həmin anları İnstagram hesabından paylaşıb.