Türkiyənin məşhur müğənni və aparıcısı Seren Serengil beşinci dəfə evlənəcək.

Son dövrlərdə sağlamlıq problemləriylə gündəmə gələn, “belə getsə yaya çıxa bilmərəm” deyən aparıcı sürpriz açıqlama edib.

O, yaxın dostu Mustafa Rahman ilə evlilik həyatına hazırlaşır.

Məşhur çətin günlərində onu tək qoymayan dostunun evlilik təklifin qəbul etdiyini İnstagram hesabından elan edib.

Seren və Mustafa Rahman

“Əli əlimə dəymədən…”

 Seren bildirib ki, ilk dəfə sevgili olmadan, əli-əlini dəymədən evlilik təklifinə “hə” deyib: “Anlayışı seçəcəksən, eşq sonradan da gələr,ancaq sevdini doğru seçməyəndə həm ondan, həm də rahatlığından olursan” .

Aparıcı ona artıq yaxşı niyyət, dostluq lazım olduğunu ifadə edib.

Onun paylaşımından sonra isə Mustafa Rahman bir insanda həm dostluğu, həm də sevgini tapdığı mesajını paylaşıb.

 Beşinci dəfə evlənəcək

Seren Serengil ilk evliliyini 2000-ci ildə Ozan Kaçmaz ilə edib. İki il sonra boşanıb. Bir müddət sonra müğənni Cengiz İmren ilə nikah masasına oturub. Onun bu evliliyi də üç il çəkib.

2006-2010-cu illərdə Musa Aytuna ərə gedib. 8 ildən sonra isə Yaşar İpek ilə evlənib və boşanmaları da uzun müddət gündəmdən düşməyib.