Türkiyənin “TRT 1” kanalında yayımlanan “Kalk gidelim” serialının sabahkı bölümü Azərbaycanın haqq savaşı barədə olacaq.

Serialın sabahkı bölümündən paylaşılan qısa tanıtım videosu izləyicilərin marağına səbəb olub.

Seyfəddin(Seyfo) obrazı ilə çıxış edən aktyor Ufuk Özkanın dediyi sözləri sizə təqdim edirik: “Cümhuriyyət asan qurulmayıb. Türk 1920-ci ildə də vətənini qorudu, indi də vətənini qoruyur. Canımız, qanımız, Azərbaycanımız, qardaşlarımız mübarizə aparır. 30 illik zülmə “Artıq yetər!” deyir. Qardaşlarımız savaşlarında haqlıdırlar. Bunu da bütün dünya belə bilsin, bu qədər!”.

Qeyd edək ki, aktyorun bu sözlərinin fonunda müğənni Azərinin “Çırpınırdın, Qara dəniz” mahnısı səsləndirilib.

Serial Bakı vaxtı ilə 22 oktyabr saat 21:00-da yayımlanacaq.

Mübariz ZƏKİ