28 fevralda keçirilən magistr imtahanında düşən sual sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Məntiqdən düşən sual tələbələrin narazılığına səbəb olub.
Bilgisel.az sözü gedən sualı təqdim edir:
Ağacdan qopan yarpaqların bir hissəsi təmiz skamyaya, bir hissəsi ağacın yanından axan çaya, qalan hissəsi isə otların üstünə tökülmüşdür. Çaya tökülən yarpaqların 1/3 hissəsi çaydakı daşlara ilişmiş qalanını su aparmışdı. Otların üstünə tökülmüş yarpaqlardan yarpağı qırmızı olanların sayı tək ədədlə ifadə olunmuşdu və onların sayı sarı rəngdə olan yarpaqların sayından az, yaşıl rəngdə olanlardan çox idi. Sonradan əsən külək ağacdan daha 6 yarpaq qoparır və otların üstünə tökür. Həmin külək skamyaya düşmüş yarpaqların 60 faizini sovuraraq yarısını otların üstünə tökür, digər yarısını isə çaydakı daşlara ilişmiş yarpaqların 1/4 hissəsi ilə birlikdə axan suya qovuşdurur.
Ağacda ən azı neçə yarpaq ola bilər?