Rusiya istehsalı olan “Maşa və Medved” cizgi flminin maraqlı detalları üzə çıxıb.

25-dən çox dilə tərcümə edilmiş , 80-dən çox ölkəyə satıllmış və ildə ən az 225 milyon dollar gəlir gətirən “Maşa və Ayı” hekayəsi əslində tamam başqadır. Rəsmi məlumata görə rəssam Oleq Kuznetsov Krımda istirahət edərkən ora ailəsi ilə birlikdə istirahətə gəlmiş və dəcəlliyi ilə sanatoriyadakıların canını boğazın yığmış qız onda belə bir ideya yaratdı. Maşa isə rejissorun öz qızının adı idi.
Amma reallıq nədir
Fikir vermisinizsə filmdə körpə uşaq Maşa bütün günü Ayının evindədir. 6 il ərzində yayımlanan cizgi filminin heç bir seriyasında Maşanın ailəsi və evi barədə bir səhnə belə yoxdur. Onun nə atası, nə də anası bir dəfə belə kiçik də olsa heç bir seriyada görünmür. Çünki Maşa özü ruhdur. Ruh obrazında bütün günü Ayının evindədir. Onun başına oyun açır. Səbəb: çünki Ayı Maşanın atası, anası və özünü öldürüb, buna görə də Maşa bütün günü Ayının yanındadır . Ruhları isə ancaq heyvanlar görə bilirlər deyə bütün obrazlarda Maşanın yanında ancaq onlardır. İnsan obrazları demək olar ki yoxdur. Təcili yardım maşının da xarab olması Maşanın ailəsini xilas etməyə gecikən maşındır. Filmdə dəfələrlə bu təcili yardım maşının xarab olması göstərilir. Bir ruhun qisas məqsədli hərəkətləri cizgi filmində subliminal mesajlar formasında uşaqların beyninə yeridlir
Google axtarış sistemində rus dilində Maşa və Ayının valideyinləri niyə yoxdur səsli sualı verin. Özünüz haqlı olduğumu görəcəksiz .
Niyə gizlədirlər?
Bu film dünyada 20 milyard baxış toplayıb. Psixoloqlar qeyd edirlər ki, bəzi online oyunlar uşaqların psixoloji vəziyyətinə pis təsir edir. Mavi Balina oyunu neçə uşağın intihar etməsinə səbəb olub. Bu cizgi filmində təqdim edilən Maşa da yaramaz bir uşaqdır.Azərbaycanda ailə məsələləri üzrə ekspert Hacı Quliyev bu barədə deyir ” İnanın ki, bununla bağlı araşdırma aparmışıq və bu cizgi filmi uşaqların formalaşmasında çox pis təsir edir. Uşaqlar hündürə qalxırlar, oradan da özlərini atırlar”
Ekspertlər hesab edir ki, sərbəstlik və söz baxmayan Maşa obrazı uşaqların hərəkətlərinə mənfi təsir edir. Uşaqlar elə düşünürlər ki, bu davranışlar normaldır.
Bu barədə Lomonosov adına Moskva dövlət universitetlərinin “Psixologiya” kafedrasının rəyi belədir:
1) Cizgi filminin baş qəhrəmanları özlərini aqressiv, qəddar aparır, şikəst edir, öldürür, zərər verir. Üstəlik, bütün bunlar yumor adı altında verilsə belə, bunun bütün təfərrüatları “dadlanır”.
2) Hekayədə personajların pis davranışları ya cəzasız qalır, ya da hətta həyatlarının yaxşılaşmasına gətirib çıxarır: tanınma, populyarlıq, zənginlik və s.
3) Süjet, real həyatda, sağlamlıq və ya həyat üçün təkrarlanmağa cəhd edildiyi təqdirdə təhlükəli olan davranışı nümayiş etdirir.
4) Cizgi filmində personajlar öz cinsinə görə qeyri-standart davranışları ilə xarakterizə olunur: kişi personajlar özlərini qadın, qadın personajlar kişi kimi davranırlar.
5) Süjetdə insanlara, heyvanlara, bitkilərə qarşı hörmətsiz davranış səhnələri var. Bu, qocalığın, zəifliyin, zəifliyin, fiziki qüsurların, sosial və maddi bərabərsizliyin istehzası ola bilər.
6) Cizgi filmində boş həyat tərzi tərbiyə olunur, ideal “həyat əbədi bayramdır”, çətinliklərdən qaçmaq, məqsədlərə asan yolla, zəhmətsiz, hətta hiyləsiz çatmaq siyasəti təbliğ olunur.
Süjetdə ailə münasibətlərinin dəyərləri lağa qoyulur və qəti şəkildə yararsız tərəfdən göstərilir. Əsas personajlar-uşaqlar axmaq və gülünc görünən valideynləri ilə münaqişədə olurlar. Qəhrəman-ər-arvad bir-birinə qarşı kobud, hörmətsiz, vicdansız davranırlar. Fərdilik idealı, ailə və nikah ənənələrinin rədd edilməsi təbliğ olunur. ( https://whatisgood.ru/…/samyiy-vrednyiy-multfilm-masha…/)
Azyaşlı uşaqlar bu cizgi filminə sevə-sevə baxıblar. Nəinki onlar, hətta böyüklər də həmin cizgi filmin “sakit bombalarını” tuta bilməyiblər.
Uşaqların zehninə ekran qarşısında 25-ci kadr dediyimiz subliminal mesaj yolu ilə istənilən davranışı, fikri yeridirlər. Xüsusilə bunlar cinsi və şiddət doğuran mesajlardı və uşaqlar ciddi təhlükə qarşısındadır. Uşaq hər hansı bir cizgi filmi ya da hər hansı bir kadr izləyərkən normal olduğu haldan daha sakit görünürsə və onu səsləyərkən eşitmirsə, reaksiya vermirsə izlədiyi kadrlarda bir hipnoz ola bilər. İnsan bu subliminal mesajları şüurlu şəkildə görə bilmir, amma insanın şüuraltısı bu mesajları qeyd edir.Yenicə ətraf aləmlə tanışlığa başlayan uşaq cizgi filmlərdəki münasibəti həyatında da görmək istəyir. Və bu da xoşagəlməz halların ortaya çıxmasına səbəb olur.

Zaur Əliyev