İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Buna görə müəllimlər daima özlərini inkişaf etdirməli və mütaliyəyə çox vaxt ayırmalıdırlar.

Bu peşənin tədrisinə başlayacaq yeni, gənc müəllimlər nəyi və necə edəcəklərində bir qədər çətinlik çəkirlər və müəyyən tövsiyələrə, məsləhətlərə ehtiyac duyurlar.

Son on ildə çıxan elmə, təhsilə yönəlmiş həm müəllimlərə, həm şagirdlərə öyrənmək metodlarını göstərən kitabları sizə təqdim edirik:

 

“Uşağım məktəbi sevmir” – Peter Qrey

Bu kitab müəllimlər üçün tövsiyə edilir

“Uşağım məktəbi sevmir” – Peter Gray

Sərbəst oyun müdafiəçilərindən olan Peter Qrey uşaqların məcburi təhsilin açdığı problemlərdən azad olunmasının tərəfdarıdır. O, bu kitabında uşaqların zövqlərinə uyğun əyləncələRndən məhrum qalmayaraq təhsilə davam edə biləcəklərinin mümkün olduğunu qeyd edib.

 

“Öz” – Ken Robinson             

Müəllimlər üçün vəsait

Ken Robinson – “Öz”

Dünyada TED çıxışları ilə məşhurlaşan təhsil eksperti Sir Ken Robinsonun kitabı 30 milyondan çox izlənmiş “Məktəblər yaradıcılığı öldürür” adlı TED nitqinin genişləndirilmiş formasıdır. Robinsona görə insanlar özlərini tanıdıqlarında, bu onlar üçün yaradacılığın inkişafı və uğur qazanmaq baxımından pik həddə çatır.

 

“Cahil müəllim” – Jak Ranser

Müəllimlər üçün vəsait tövsiyəsi

“Cahil müəllim” – Jak Ranser

Cosef Yakotot şagirdlərinə öz-özlərinə fransız dili öyrənməyə rəhbərlik edir. YaKtotot bildirir ki: Bu kitab bilən ilə bilməyənin, öyrədən ilə öyrənənin bərabərliyindən bəhs edir.

 

“Oyunun gücü” – David Elkind

Müəllimlər üçün vəsait tövsiyəsi

David Elkind- “Oyunun gücü”

Günümüzdə ana və atalar uşaqlarını öyrənməyə məcbur etmədikdə, yaşıdlarından geri qaldıqlarını düşünürlər. Lakin David Elkind bildirir ki, uşaqların sağlam böyüməsində və zehni inkişafında oyun oynamaq vacib rol oynayır.

 

“Bir qurbağa kimi sakit və diqqətli”- Elin Snel

Müəllimlər üçün vəsait

Elin Snel – “Bir Qurbağa Kimi sakit və diqqətli”

Hazırki uşaqlar olduqca hərəkətli, gərgin və eyni zamanda diqqətsiz olurlar. Bəs diqqətli və sakit olmaqları üçün onlara necə kömək edə bilərik? Elin Snelin yazdığı 5-12 yaş arası uşaqlara və onların valideynlərinə aid olan bu orijinal  kitabda faydalı məlumatlar verilib.

 

Əzm

Müəllimlər üçün tövsiyələr

“Azm” – Angela Dakvörz

 

Psixoloq və yazıçı  Angela Dakvörz kitabında bacarıqlı olmağın sirlərinə dair yeni məsləhətlər verir. O, öz bacarıqlarına güvənməyib, amma əzmlə çalışaraq məqsədlərinə çatan insanlardan nümunə göstərir.

 

Ülkər Abdurahmanlı