Nədir Gözyaşı?

Kimisi üçün aclıq, susuzluq, sevgisizlik, təklik.

Bəlkə də sadəcə naşükrlük.

Deyin! Kim cavab verə bilər bu suala?

Çarəsizlikdir Gözyaşı.

Balasının kəfəninə sarılan atanın, ananın çarəsizliyi.

Qandır Gözyaşı,

Mərdliklə vuruşan şəhidlərimizin qanı.

Bəzən də çox məsumdur,

Hələ dünyadan xəbərsiz köçüb gedən  məsum körpələrdir Gözyaşı.

Sönüb bitməyəcək intiqamdır,

Son canımıza qədər düşməndən alacağımız qisasdir Gözyaşı.

Deyin! Nə zaman quruyacaq göz yaşlarımız?

Nə zaman son bulacaq ah-naləmiz?

Gec deyil! Səbr et ey Vətənim,

Ey şanlı torpağım!

Üçrəngli bayrağımız Dağlıq Qarabağda sancılan kimi,

Qarabağ şikəstəsi oxunan kimi.

Gec deyil! Səbr et ey Vətənim!

Ülkər Abdurahmanlı