ABŞ-da yerləşən qeyri-kommersiya fondunun tədqiqat qrupu uzun çəngəlləri ilə diqqəti cəlb edən böyük yüzgeçli kalamar adlı dəniz canlısının görüntüsünü çəkib. Aprelin 3-4-də YouTube-da canlı yayımlanan ekspedisiya zamanı 1930 metr dərinlikdə olan kalamar kameraya düşüb. Verilişdə “Nə gözəl heyvandır” və “Çox yad görünür. Nə üçün bu qədər yadplanetlinin dənizdəki heyvanlardan ilhamlandığını anlayıram” kimi şərhlər edilib.