“Məktəbəhazırlıq və icma əsaslı məktəbəqədər tədris oktyabrın 1-də həftədə iki dəfə başlaması planlaşdırılır”.
Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Prosesin noyabr ayının 2-nə kimi davam etməsi nəzərdə tutulur”, – nazir əlavə edib.
E.Əmrullayev qeyd edib ki, sentyabrın 15-dən I-IV siniflər üçün ənənəvi qaydada dərslər başlayacaq:
“Dərslərin həftədə 2-3 dəfə olması təklif edilir. V-IX siniflərdə isə tədris distant tətbiq olunacaq.
X-XI siniflər üçün əyani dərs oktyabrın 1-dən başlaması düşünülür. Həmin müddətdən sonra 1 milyon 300 min şagirdin məktəbə qaytarılması mümkün ola bilər”.