KGL Beynəlxalq Dil Yarışmasının (KANGAROO GLOBAL LİNGUİSTİC) Azərbaycan mərhələsi başa çatıb.

Avrasiya Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən ingilis dili olimpiadasının təltifetmə mərasimi Hilton oteldə baş tutub.

Tədbirdə KGL Beynəlxalq Dil Yarışması barəsində geniş məlumat verilib. Bildirilib ki, yarışma şagirdlər arasında böyük marağa səbəb olub. Məhz bu maraqdan dolayı da, gələcək aylarda Olimpiadanın növbəti yarışlarına qeydiyyat başlayacaq.

Daha sonra yarışmada yer tutmuş şəxslər diplom və sertifikatlarla mükafatlandırılıb. Ümumilikdə, yarışmada 22 medal (15 medal I,II,III yer üzrə və 7  fərqlənmə medalı), I,II,III yerə uyğun fərqlənmə və uğura görə sertifikatlar və I yer sahiblərinin məktəblərinə təşəkkürnamə plaketi, Pre-A1 səviyyəsinə I,II,III yerə uyğun olaraq pul mükafatı təqdim edilib.

Yarışmanın qalibi Şəfiqə Məmmədova isə bu il Yunanıstanda keçiriləcək Olimpiadanın final mərhələsində iştirak hüququ qazanıb.

Xatırladaq ki, dünyanın 40-a yaxın ölkəsində təşkil olunan və sürətlə böyüyən KGL Beynəlxalq Dil Yarışması bu ildən Azərbaycanda fəaliyyətə başlayıb. Qaliblər hər il fərqli bir Avropa ölkəsində keçirilən final mərhələsində iştirak hüququ qazanır.

Yarışma qaliblərinin tam siyahısını sizə təqdim edirik:

Yarışmanı daha yaxından izləyin:

Rəsmi veb sayt: www.kglcontest.az 

Facebook:          @kglcontest.az

Instagram:         @kglcontest.az