Hindistanda “Omikron” ştammı səbəbindən 1 həftə ərzində koronavirusa yoluxanların sayı altı dəfə artaraq bu gün 58,977-ə çatıb.
Paytaxt Dehlidə həftə sonu komendant saatı tətbiq edilib və həkimlərin bütün icazələri ləğv edilib.

Dehli əyalətinin Səhiyyə Naziri Satyendar Jain şəhərdə aparılan araşdırılmalarda Covid nümunələrinin 81 faizində “Omicron” variantının aşkar edildiyini söyləyib.
Hindistanın paytaxtında ötən həftə idman zalları və kinoteatrlar bağlanıb, gecə komendant saatı tətbiq edilib.
Hindistan Peyvəndi İşçi Qrupunun rəhbəri Dr. NK Arora bazar ertəsi NDTV-yə verdiyi açıqlamada bildirib ki, ölkədə pandemiyanın üçüncü dalğası artıq başlayıb. Arora bildirib ki, buna “Omikron” ştammı səbəb olub.

Xatırladaq ki, aprel və may aylarında Hindistanda koronavirusun ikinci dalğasında “Delta” variantı sürətlə yayıldı və gündəlik yoluxmaların sayı bir müddət 400 minə çatdı. Ölkə boyu xəstəxanalarda yataq yox idi, krematoriyalar dolu idi və dəfn mərasimləri mütləq açıq yerlərdə keçirilirdi.
Mitinqlərdə iştirak edənlərin əksəriyyətinin maskasız olduğu, sosial məsafəyə çox az diqqət yetirildiyi müşahidə edilib.

İzdihamlı mitinqlər davam edir
Hindistanda yerli seçkilər fevral və mart aylarında keçiriləcək.
Baş nazir Narendra Modi də daxil olmaqla, bir çox siyasətçi son bir neçə həftə ərzində Pəncab və Uttar Pradeşdə minlərlə insanın qatıldığı mitinqlər təşkil edib.
Ölkədə böyüklərin təxminən 63 faizi iki doza peyvənd olunub.
Bu günə qədər ölkədə koronavirusa yoluxanların sayı 34 milyonu ötüb.