Sağlam qidalanmağı öyrənməyi asanlaşdırır;
Təəssüf ki, bizi yoldan çıxaran zərərli qidalar dadı gözəl, tapılması asan və hazırlanması asan yeməklərdir. Bu qidalara alışmaq da çox asandır. Onlar hətta bir növ asılılıq yaradırlar. Oruc, zərərli yeməklər yemək vərdişini nizama salır. Kökəlmənizə səbəb olan, kalorisi yüksək olan, lakin faydası az olan, dad və görünüş baxımından yanıldıcı qidalar a qarşı zəif iradəni aradan qaldırmağa kömək edir. Alkoqol və siqaret kimi sağlamlığa zərərli vərdişlərdən imtina etməyi asanlaşdırır. Oruc tuta bilən insan həm də öz nəfsini saxlamağı bacarır.
Ürək-damar sağlamlığına müsbət təsir edir;
Oruc tutmaq, xolesterol mübadiləsini də yaxşılaşdırdığı üçün ürək-damar sağlamlığına da müsbət təsir edir. Bundan əlavə, iftar və sahurda düzgün qidalardan istifadə etmək şərti ilə arıqlamağı asanlaşdırdığı, insulin müqavimətini artırdığı, yüksək triqliserid (triqliseridlər- qliserol spirtin və ali yağ turşuların efiridir)səviyyəsini normal vəziyyətə gətirdiyi üçün ürək-damar sağlamlığına müsbət təsir göstərir.
Bəzi orqanların daha rahat işləməsi üçün vaxt verir;
Mədə, bağırsaq, öd kisəsi, qaraciyər və mədəaltı vəzi, başqa sözlə həzm sistemi kimi orqanlar oruc zamanı dincəlir, özünü təmir etmə və yeniləmə imkanı qazanır.
Hüceyrə yenilənməsi baş verir;
Hüceyrələrin bəzi hissələri normal fəaliyyət göstərə bilməyəcək qədər zədələndikdə və aclıqla qarşılaşdıqda canlılığını qorumaq üçün kifayət qədər enerjiyə malik olmurlar. Bu zaman həmin hüceyrələr məhv edilir və təkrar emala göndərilir. Hüceyrələrin öz-özünə həzm edilməsi kimi tanınan bu proses otofagiya adlanır. Yaponiyalı sitoloq, professor Yoşinori Oşumi sübut edib ki, hüceyrələrin bərpası üçün köhnə hüceyrələrin hissəcikləri məhv edilməlidir və bu, uzun müddət ac qalmaqla mümkündür. Bu işinə görə O, 2016-cı ildə fiziologiya və ya tibb üzrə Nobel mükafatına layiq görülüb.
Xərçəngdən qorunmağa kömək edir;
Bir çox klinik araşdırmalar orucun xərçəngin əmələ gəlməsinin və yayılmasının qarşısını almaqda faydalı olduğunu göstərdi. Xərçəngdə zədələnmiş hüceyrələrin məhv edilməsi olan otofagiya da əhəmiyyətlidir. Otofagiyanın şişə qarşı fəaliyyət xüsusiyyəti ilkin mərhələdə görünür. Xərçəngə səbəb olan zülalları və ya hüceyrə elementlərini parçalayaraq, zədələnmiş hüceyrələr aradan qaldırılır və onların xərçəng hüceyrələrinə çevrilməsinin qarşısı alınır.
Detoks effekti;
Oruc zamanı toksinlər bədəndən xaric olur. Aclıq bədənin sərbəst radikallarla mübarizəsini asanlaşdırır, həmçinin iltihabın qarşısını alır.
İmmunitet sisteminə müsbət təsir göstərir;
Mikroblarla mübarizədə orqanizmin ən mühüm vəzifəsinin daşıyıcısı qandakı ağ qan hüceyrələrinindir. Kaliforniya Universitetinin gerontologiya və biologiya elmləri professoru Walter Longo öz araşdırmalarında göstərmişdir ki, 3 günlük orucdan sonra kök hüceyrələr aktivləşərək yeni ağ qan hüceyrələrinin əmələ gəlməsini artırır və bununla da immun sisteminin bərpasına şərait yaradır.
Beyin funksiyalarını yaxşılaşdırır;
Oruc tutmaq, beyindən əldə edilən neyrotrofik faktor adlı bir protein istehsal edir. Bu amil beyin sapındakı hüceyrələrin yeni sinir hüceyrələrinə çevrilməsini təmin edir və həmçinin sinir hüceyrələrinin sağlamlığını dəstəkləyən bir çox kimyəvi maddələrin istehsalına səbəb olur. Həm də Alzaymer və Parkinson xəstəliyindən qoruyur. Unudulmamalıdır ki, orucun bütün bu faydaları ilə yanaşı,həm də iftar və sahurda qidalanmaya diqqət edilməlidir.
Hormonların düzgün ifrazına və arıqlamağa kömək edir;
Oruc, piylənmənin səbəbi olan insulin və leptin müqavimətini yaxşılaşdırmağa kömək edir. Bu hormonların ifrazı tənzimlənir və arıqlamaq asanlaşır. Qalxanabənzər vəz kimi hormon ifraz edən bəzi digər orqanların fəaliyyətinə də müsbət təsir göstərir. Aclığa dözümlülüyü artırır. Aclığın səbəb olduğu ketoz səbəbiylə yığılmış yağ hüceyrələri yandırılır.
İstinad: Mətin Şükürlü