Mövzu ilə bağlı pəhrizlə bağlı kitabların müəllifi, tanınmış həkim-dietoloq Leyla Zülfüqarlı “ danışıb.

“Ramazan ayında xüsusi qidalanma çox önəmlidir: “Bu günlərdə xüsusi qidalanma tövsiyə olunur. İmsak vaxtı ayrı, iftar vaxtı ayrı cür qidalar lazımdır. Xüsusən də imsakda nə qəbul etməyimiz, günə necə başlamağımız məhz Ramazan ayının sağlam keçirməyimizə xidmət edir. Ona görə də mütləqdir ki, insanlar imsak vaxtı qida qəbul etsin. Şahidi oluruq ki, bəzi insanlar imsaka qalxa bilmir və qida qəbul etmədən oruca başlayırlar. Tövsiyələrdən ən birincisi də budur ki, imsaka 3-4 stəkan su qəbul etməklə başlanılsın. Ardınca bizim susuzluğumuzu təmin edəcək orta dərəcədə duzlu pendirlər yemək lazımdır. Pendirin tərkibində olan duz kristalları özü orqanizmdə suyu tutub saxlamasına xidmət edir.

Bəzən insanlar elə düşünür ki, xurma yalnız iftar yeməyinə aiddir. Amma belə deyil. Mütləqdir ki, imsakda da xurmadan istifadə olunsun. Çünki günlük şəkərə olan ehtiyacımızı xurmadan alırıq. Xurma yeganə meyvədir ki, təbii kofein və karbohidrat qaynağıdır. Bu baxımdan hər səhər imsakda 3-4 ədəd xurma qəbul etmək məsləhətdir. Həmçinin imsakda bir ovuc qoz yeməyi məsləhət görürəm. Ümumiyyətlə, badam, qoz və digər çərəzlərin tərkibində magnezium, dəmir  maddələri var. Çalışmaq lazımdır ki, qara çaydan, qəhvədən az istifadə olunsun. Çünki bunlar bizi daha çox susada bilər. Buna görə adi su qəbul etmək daha yaxşıdır”.

Diyetoloq iftarla bağlı da tövsiyələrini verib:“Oruc tutan insanları gün ərzində ac qaldıqları üçün əksəriyyəti iftar vaxtı həddindən artıq böyük porsiyada yemək qəbul edir, yeməkdən dərhal sonra çay içir və s. Bunlar da orqanizm üçün ziyanlıdır və mədənin böyüməsinə səbəb olur. Bu baxımdan Ramazan ayında əsasən bizi tox tutacaq qidaları qəbul etmək lazımdır. Məsələn, tam taxıllı, çovdar unundan ibarət çörək mütləq yeyilməlidir. İmsakda bir-iki dilim belə mütləq yeyilməlidir. Həmçinin tövsiyə olunur ki, iftarda daha çox bol tərəvəzli qidalar, süd, qatıq məhsullarından istifadə olunsun. Hər gün iftardan sonra ən azı bir stəkan qatıq mütləq qəbul olunmalıdır. Bir məsələyə xüsusi diqqət etmək lazımdır- iftar vaxtı qidalar hissə-hissə qəbul olunmalıdır. Belə ki, hər bir qida arasında bir saat interval olmalıdır. İlk olaraq su və sulu qidalara, daha sonra salatlara, sonda isə ət məhsullarından ibarət yeməklərə üstünlük verilməsi vacibdir. Ramazan ayında insanlarda mədə-bağırsaq problemləri, əsasən də qastrit və yaxud qəbizlik ortaya çıxır. Bu da o deməkdir ki, həmin şəxslər orucluq ayında düzgün qidalanmayıb. Mən həmişə deyirəm – diyetologiya elmi ilə Tanrının buyurduqları eynidir. Ramazan ayı da sağlam qidalanmaya keçid üçün bir tramplin ayıdır”.