Oyuncaqlar uşaqların ən böyük dostudur

Oyuncaqlar və Uşaqlar

Uşaqların həm zehni, həm də fiziki olaraq inkişafı, münasibətlərinin formalaşması və təcrübələrinin artması üçün ən böyük dəstəkçilər elə oyuncaqların özüdür.

Uşaqların ən çox əyləndiyi şeylərdən biri şübhəsiz ki, oyunlardır. Buna görə valideynlər uşaqların əyləncəsi və vaxtlarının səmərəli olması üçün onlara oyuncaq almağa üstünlük verirlər. Bəs doğru yaş qrupu üçün doğru oyuncağı necə seçirlər?

Yaşa görə seçilməyən oyuncaqlar uşaqlarda bir çox problemlər yarada bilər. Böyük əksəriyyətimizin evində körpə var, körpə olan evdə də sözsüz ki, oyuncaqlar da var. Bir çoxumuz uşaqlarımıza oyuncaq alarkən hər bir nüansa diqqət yetiririk, bəzilərimiz isə “oyuncaq olsun” fikrilə qarşımıza çıxanı alırıq.

Psixoloqlar uşaqlar üçün alınan oyuncaqlarda diqqət edilməli məqamlara toxunublar.

Valideynlər uşaqlari ilə ünsiyyət qurmalıdır

Valideynlər

İlk oyuncağı sizsiniz

Uşaqların ilk 3 aylıq vaxtlarında valideynləri ilə quracaqlar ünsiyyət olduqca vacibdir. Bir oyuncaq almaqdansa özünüz onunla əylənməyi və vaxt keçirməyi bacarmalısınız.

3-6 aylıq vaxtlarında görmə, eşitmə və toxunma duyğlarının inkişafına səbəb olacaq rəngli, tutması asan oyuncaqlar almaq lazımdır.

Uşaqlar altıncı aylarından etibarən səs çıxarmağa, ünsiyyət qurmağa, diyirləməyə başlayırlar. Buna görə mahnı oxuyan oyuncaqlar, rəngli qutular, toplar 6-18 yaşarası uşaqlar üçün uyğundur. Bundan savayı parçadan hazırlanan rəngli kitablar dil xüsusiyyətlərinin inkişafı üçün də böyük əhəmiyyət kəsb edir.

Bəs bu yaş dövründə nə kimi oyuncaqlardan uzaq durmaq lazımdır?

İpli, elementi rahatlıqla çıxarıla bilən, üzərində düymələr olan və sərt kənarlı oyuncaqlardan qaçınmaq lazımdır.

Gəzməyə başladığı yaş dövründə

Ətrafındakı böyüklərin hərəkətlərini təqlid etməklə yanaşı itələmək, çəkmək, yıxmaq kimi hərəkətlərdən zövq alırlar. Sadə yapbozlar, şəkil qutuları, musiqili oyncaqlar bu yaş qrupu üçün idealdır.

Məktəbəqədər olan yaş dövrü

Bu dövrdə uşaqlar yaşıdları ilə oynamağa başlayırlar. Oyuncaq heyvanlar, oyun xəmirləri, hekayə kitabları, kuklalar və s. kimi oyuncaqlar bu yaş dövrü üçün uyğundur. Bu dövrdə sivri uclu qayçılardan və plastik oyuncaqlardan uzaq durmaq lazımdır.

Məktəb dövrü

Öz maraq dairələrinə görə yeni oyunlar kəşf edirlər. Musiqi alətlərini təkbaşına çala bilərlər. Super qəhrəman fiqurlarıyla oyun qurmaq onlar üçün olduqca maraqlı və əyləncəlidir. Velosipedlərdən, oyuncaq robotlardan istifadə edərlər. Öyrədici oyunlar zehini inkişaf üçün böyük əhəmiyyət kəsb edir. Bu dövrdə öyrədici olmayan, şiddətə meyilli telefon oyunlarını oynamamaq tövsiyə olunur.