“Beynəlxalq hüquq normalarına əsasən, Dağlıq Qarabağ Azərbaycana aiddir”.
Bu sözləri ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyanın “Bild” qəzetinə açıqlamasında söyləyib: “Dağlıq Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycana aiddir, amma bölgədə yaşayan əhalinin çoxu ermənidir”.
Alman nəşri Azərbaycan ordusundan ağır zərbə alan ermənistan rəhbərliyinin ənənəvi olaraq, xarici ölkələrin yardımına ümid etdiyini yazıb.
Alman jurnalistin “Azərbaycanın istifadə etdiyi ən müasir silahlara qarşı şansınız varmı?” sualına cavab olaraq Paşinyan etiraf edib:
“Ermənistan xalqı özünü müdafiədə qərarlıdır. Eyni gücdə olmaya bilərik, amma öz sistemlərimizi gücləndirməyi planlaşdırırıq”.
Mübariz ZƏKİ