“Heç bir sənəd imzalanmadı və imzalanmayacaq”.
Bilgisel.az erməni mətbuatına istinadən bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O, erməniləri manipulyasiyalara uymamağa çağırıb: “Bütün bunlar xarici qüvvələrin uydurmasıdır. Heç bir sənəd imzalanmayıb və imzalanmayacaq”.
Qeyd edək ki, Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirmişdi ki, bir sənədə imza atacağını bildirmişdi: “Biz bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində çoxları bizi söyəcək, “satqın” adlandıracaq. Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazisidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Əgər bu, təmin olunarsa, mən bu qərarı imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır”.
Bundan sonra Ermənistanda ciddi etiraz aksiyaları keçirilib. Aksiyaçılar parlament binasının qarşısına toplaşıblar. Məhz bundan sonra Paşinyan geri addım atıb.