Az hərəkətli həyat tərzi oynaqlar, sümüklər və əzələləri zəiflədir.

Bilgisel.az xəbər verir ki, bu qənaətə britaniyalı alimlər gəlib.

Araşdırmaçılar müəyyənləşdiriblər ki, insanlar ortalama günün 50-70 %-ni oturaq keçirirlər. Belə ki, bu yalnızca bel üçün zərərli deyil, həm də diabet və ürək xəstəlikləri riskini artırır.
Ömür uzunluğu ilə oturmaq arasında əlaqəni üzə çıxarmaq istəyən amerikalı alimlərin fikrincə, kişilərdə əyləşmə ömür uzunluğunu azı 20 % azaldır.

Məlumata görə, inkişaf etmiş sənaye ölkələrində insanlar ortalama gündəlik 1 000 addım atırlar. Bu, təqribən 650 metr deməkdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaxşı formada qalmaq istəyənlər üçün gündəlik 10 000 addım atmağı tövsiyə edir. Bu, 7 kilometrlik məsafəyə bərabərdir. Mütəxəssislər sürətlə yeriməyi və az ara verməyi məsləhət görürlər.
Piyada gəzmək ürək və qan dövranı sistemini stimullaşdırır. Hətta bundan insan psixikası da qazanc əldə edir. Belə ki, fiziki məşğələ zamanı stres də azalır.