“Kurtlar vadisi” serialının məşhur üzü Necati Şaşmaz özünü Mehdi elan edib.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Polat Alemdar obrazı ilə məşhurlaşan aktyor seçilmiş olduğunu iddia edib.

Necati Şaşmazın atası Qədiri dini təriqətinin şeyxidir. Aktyorun özü isə bu təriqətin mürididir. O, səkkiz yaşlı oğlunu təriqətin dini ayinlərinə aparır və digər müridlər atasının seçilmiş olduğuna görə uşağın əlini öpür.

Necati Şaşmaz dostuna peyğəmbərlər və müqəddəslərə məxsus ruh daşıdığını deyib. Hətta o bir neçə dostunun yuxusuna girdiyini, yuxuda gah Məhəmməd peyğəmbər surətində, gah da öz surətində göründüyünü deyib.