PUBG son illərin ən məşhur və ən çox abunəçisi olan oyunudur.
“Battle Royale” modunun uğurlu bir nümunəsi olan PUBG qısa müddət ərzində bütün dünyada çox məşhur oldu. PUBG-də 99 oyunçu ilə bir adaya düşürsünüz. Oyunun məqsədi sağ qala bilən son insan olmaqdır.

PUBG haqqında bilinməyən faktlar nədir?

Oyunun adı necə yaranıb?

Məşhur döyüş oyunu –“PlayerUnknown’s Battlegrounds”un (PUBG) yaranmasına dair kiçik bir hekayə var. PUBG-nin istehsal heyətində olan Brendon Qrin onlayn oyunlarda anonim qalmağı sevir. Bu səbəbdən Qrin həmişə “Player 1″ adından istifadə edirdi. Lakin bir müddət sonra onu “Player Unknown” (Adsız Oyunçu) olaraq dəyişdirdi. Məşhur döyüş oyununun adı da elə buradan gəlir.

 PUBG 2017-ci ildə rekord qırdı

Pubg mobile 2017-ci ildə rekord qırdı

PUBG MOBİLE oynayanların sayı 2017-ci ildə rekord həddə çatdı

Oyunun hər qitədə çox məşhur olduğu hamı tərəfindən bilinən bir həqiqətdir. PUBG 2017-ci ilin sentyabr ayında 1 342 857 eyni vaxtda oynayan oyunçu sayı ilə “DOTA 2” və “Counter-Strike: Qlobal Hücumlu” oyunlarını geridə qoyaraq rekord qırdı. PUBG 24 milyon orijinal nüsxə satışa sahib ikinci ən çox satılan oyun kimi tarixə düşüb.

Pochinki

Pubg pochinki

Pochinki- ən şiddətli toqquşmaların olduğu yer

Pochinki PUBG xəritəsindəki ən şiddətli toqquşmaların olduğu yerdir. Pochinki Rusiyanın müxtəlif kənd ərazilərinə verilən addır. Pochinki’dəki binalar Sovet binalarından “ilham alır”. Əslində, oyunun bir çox hissəsi rus kəndləri və bölgələrinin adlarından yaranıb.

“Battle Royale” Filmi

Battle Royale filmi və Pubg

PUBG -i “Battle Royale”filmindən ərsəyə gəlib

PUBG-nin “Battle Royale” filmindən ərsəyə gəldiyi deyilir. Filmdə hökumət gənclərin zorakılıq edəcəyindən qorxudu üçün “Battle Royale” qanunlarını tətbiq edir. Bu qanuna görə hər il təsadüfi bir lisey sinfi seçilir və həmin şagirdlər bir adaya buraxılır. Adaya düşən tələbələrə müxtəlif silahlar və yeməklər olan bir çanta verilir. Tələbələr elə PUBG oyunundakı kimi sonuncu sağ qalan olmağa çalışırlar.

Pacifist

 

PUBG-də heç kimi öldürmədən son sağ qala bilsəniz, “Pacifist” nailiyyətini aça bilərsiniz. Bunun səbəbi var. “Pasifizm” müharibə və zorakılığa qarşı olmaq deməkdir. Heç kimi öldürmədən PUBG-də sona qədər sağ qalmaq isə çox çətindir.

Aydın Nuri