Bəşər tarixində pul 6-7 min əvvəl mövcud olub. Pul hər hansı bir şəxs tərəfindən ixtira edilməyib. İlk pul maldarlıqla məşğul olan tayfalarda meydana gəlib. Məhz buna görə də, hesab edirlər ki, latın sözü olan Pekunya-pul ,Pekus-mal-qara sözündən yaranıb. Həmçinin Capital-kapital sözü də Caput sözündən götürülüb ki, onun mənası da baş deməkdir.
Bilgisel.az saytı pul haqqında maraqlı faktları nəzərinizə çatdırır
Tarixdə ilk pulu döymə üsulu ilə miladdan öncə VII yüzillikdə Anadoluda yaşayan lidiyalılar, çap ediblər. Onlar bunu qəlibin üzərində çəkiclə döymə üsulu ilə ediblər.
Kağız pul isə 618-ci ildə Çində istifadə olunmağa başlayıb. Kağız puldan istifadə ticarətdə tacirlərin işini asanlaşdırıb. Avropada isə kağız puldan ilk dəfə 1661-ci ildə Svedendə istifadə edilib.
Beynəlxalq Kosmik Stansiya bu günə qədər 150 milyard dollara başa gələn ən bahalı layihədir.
Dünyadakı 20 ən zəngin qadındansa, sadəcə biri sərvətini özü qazanıb. Digərləri ya miras alıb, ya da sərvətlərini həyat yoldaşları tərəfindən əldə ediblər.
Narkotik baronu Pablo Eskobar o qədər pula sahibdir ki, siçanlar hər il onun bir milyard dollarlıq sərvətini yeyir.
İlk kredit kartı dostları ilə axşam yeməyinə çıxan və hesabı ödəməsi gərəkən Frank Mak Namaranın pul kisəsini unudub evdə qoymasından sonra hazırlanıb.
52 il öncə ilk bankomatları icad edən Con Şeffer Baron avtomatik şokolad satış makinalarından ilhamlanıb. İlk banklar miladdan 3500 il əvvəl şumer və babil dönəmlərinə təsadüf edir. Həmin zamanlar Şumerlər maket kimi bilinən ilk bankları qurublar.
Günümüzdə dövriyyədə olan bütün amerikan dolları tipindən olan pul və məzənnələr 1.3 trilyon amerikan dolları dəyərindədir. Bu pulun 2/3-si ölkə xaricində saxlanılır.
Yaşayan amerikan prezidentlərinin simalarının pul üzərində vurulması qadağandır.
“MC Donald’s” gündə 76 milyon dollara yaxın gəlir əldə edir.
Amerikanın dövlət borcu dövriyyədəki amerikan dollarından 8-10 dəfə daha artıqdır.
Amerikada günlük 37 milyon valyuta çap edilir ki, bu da 696 milyon dollar deməkdir. Bu pulun 95/100 faizi ölkə xaricində saxlanan pul vahidini dəyişdirmək üçündür. Bu isə amerikan pulunun 66%-ni təşkil edir.
Bir araşdırma göstərir ki, əşyalardan çox təcrübələrə pul xərcləmək xoşbəxtliyə səbəb olur.
Bil Qeyts hər gün bir milyon dollar xərcləyərsə, sərvətini ancaq 220 il sonra bitirər.
Hər il gerçək puldan daha çox inhisarçı pul çap edilib.
Pul haqqında olan çəkişmələr boşanmaların təməl səbəbi kimi göstərilir.
Dünyadakı toplam pulun miqdarı 76 trilyon dollardır. Beləliklə bu miqdarı yer üzündə yaşayan insan sayına bölsək, hər kəs üçün adam başına 10 min dollar pul düşür.
“Apple” şirkəti bir dəqiqəyə 330 min dollara yaxın pul qazanır.
Yeni Filippinlərdə ölkə prezidentinin adı yüzlük pisolarının üzərində yanlış yazılıb.
Aytəkin CƏLALİ