Son dövrlərdə apteklərdə yod tapılmadığı ilə bağlı mətbuatda xəbərlər yayılıb.
İnsanların kütləvi şəkildə yod aldığı bildirilir. Buna səbəb isə Rusiya prezidenti Vladimir Putinin dünyanı nüvə silahı ilə hədələməsi olub.
Bəs, yod nüvə silahına necə təsir göstərə bilər?
Nüvə bombasından dərhal sonra havaya radioaktiv maddə yayılır. Bu maddənin tərkibində güclü yod olur ki, insanın trioid vəzləri həmin maddəni dərhal özünə çəkir, bədənə hopdurur. Bu də xərçəngə səbəb olur. Ancaq apteklərdə satılan yod bədənə çəkilərsə, bədən yoda doyur və, qıraqdan radioaktiv yodun bədənə hopmağının qarşısını alır.