Yao qəbiləsi – Çində 55 etnik qrupdan biri də Yao qəbiləsidir. Yao qəbiləsinin Çində təxminən 2 milyon, Vyetnamda isə 500 min vətəndaşı var. Yaolar əsasən Çin Xalq Respublikasının Guangxi Zhuang Muxtar Bölgəsində yerləşən Guilin şəhərində yaşayırlar. Əsas məşğuliyyətləri əkinçilik və heyvandarlıq olan tayfanın bir çox xurafatları var.
1987-ci ilə qədər qadınların saçları o qədər müqəddəs hesab olunurdu ki, onu yalnız ailəsi görə bilərdi. Bir kişi təsadüfən qara hicabsız bir gənc qadına rast gəlsəydi, üç il qızın ailəsi ilə onların kürəkəni kimi yaşamağa məcbur olardı.
Zənginlik və xoşbəxtlik simvolu
Yao xalqı üçün uzun saçlar ən qiymətli mülklərdir, uzun saçların rifah, uzunömürlülük, zənginlik və xoşbəxtlik simvolu olduğuna inanırlar. Saç nə qədər uzun olsa, o qədər bəxtəvər olacaq.
Qadınlar saçlarını nə zaman kəsirlər?
Qadınlar doğulduğu andan ölənə qədər saçlarını heç vaxt kəsməməlidir. Onlar saçlarını kəsdikləri zaman lənətlənəcəklərini düşünürlər. Qadınlar uzun, qara saçlarını yalnız həyatlarında bir dəfə kəsirlər (16 yaşında evlənməyə hazır oldanda) . Bunun nəticəsində bir çoxunun yaşlarından asılı olaraq saçlarının uzunluğu 1,4 ilə 1,8 metrdir.
Uzun saçlarla yaşamaq asan olmadığından qəbilə qadınları yaradıcılıqdan istifadə etdilər. Özləri üçün saç toplamağın müxtəlif yollarını inkişaf etdirdilər.
Qadınların saç yığımı ailə vəziyyətindən asılıdır:
- Gənc evlənməmiş qadın saçlarını qara bir şərflə örtməlidir.
- Uşaqları olmayan evli qadın saçlarını iki yandan hörməlidir.
- Evli, uşaqlı qadın saçını bir sarğı kimi başına dolayıb topuz yığıb çubuq taxar.
Ginnesin Rekordlar kitabında
Bu bölgədəki qadınların çoxunun saçları 1,4 metrdən çoxdur və hətta Ginnesin Rekordlar Kitabına da düşüb.
Dünyada ən uzun saç Ginnesin Rekordlar Kitabına görə, Xie Quiping hazırda Dünyadakı ən uzun saçlara sahibdir. Uzunluğu 5.627 metrdir. Bir qədər real həyatda olan Repunzeldir.
Bəyim İsmayılova