Türkiyənin Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsinin rəhbəri Abdullah Eren öz “Twitter” səhifəsində paylaşım edib.

O,  Azərbaycanın İkinci Qarabağ müharibəsi şəhidlərinin övladlarına göstərəcəkləri dəstəkdən söz açıb:

“Can Azərbaycanın Qarabağ zəfərində şəhid olan qəhrəmanlarının övladları üçün özəl təqaüd proqramı ayırırıq. Türkiyə hər sahədə olduğu kimi, təhsil sahəsində də qardaşlarının yanındadır”.

 

Mübariz Zəki