Vətən müharibəsi iştirakçısı Kamran Orucovun küçələrdə kitab satması ilə bağlı foto yayılıb.

Bilgisel.az xəbər verir ki, Kamran Orucov “Füzulinin azad edilməsinə görə” medalı ilə təltif edilib. Həmçinin o, Xocavənd uğrunda gedən döyüşlərdə də iştirak edib. O, həmçinin “Kickbox” üzrə də çempiondur.

Kamran Orucov Nizami küçəsində kitab satışı ilə məşğul olur.

Onun bu fotosu sosial şəbəkələrdə gündəm olub.