“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin nəzdində yaradılan “Mənim Dünyam” Mərkəzi növbəti uğurlu layihəsini həyata keçirib.

Belə ki, mərkəz qazilərimizlə gənclər arasında növbəti dəfə onlayn görüş təşkil edib.

Görüşün əsas məqsədi həm birinci, həm də ikinci Qarabağ müharibəsinin qazilərini gənclərə tanıtmaqdır.

Bu dəfəki vebinarın qonaqları 1-ci Qarabağ müharibəsi qazisi Abbasov Mahir Məmiş oğlu və 2-ci Qarabağ müharibəsi qazisi Quliyev Asim Əfrasim oğlu olub. Onlar hər iki vətən müharibəsində yaşadıqları anları gənclərlə bölüşüblər.

Görüşdə ən yadda qalan məqəm isə məktəbli uşaqların səsləndirdikləri vətənpərvərlik şeirləri oldu.

Qeyd edək ki, sonda bütün iştirakçılara və qəhraman qazilərimizə sertifikatlar verilib.