“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin nəzdində yaradılan “Mənim Dünyam” Mərkəzi növbəti faydalı layihəsini reallaşdırıb.

Mərkəz pandemiya qaydalarına uyğun şəkildə qazimizlə gənclərimiz arasında onlayn görüş təşkil edib.

Görüşün əsas məqsədi həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak etmiş qazimizi gənclərə tanıtmaqdır. Vebinarın qonağı “Maştağalı Vidadi” ləqəbi daşıyan Vidadi Adgözəlov olub. O, hər iki vətən müharibəsində yaşadığı anları gənclərlə bölüşüb.

Vebinarda bir çox şəhid dəfnlərində, qazilərlə görüşlərdə iştirak etmiş balaca İlyas da iştirak edərək, qazimizə şeir və suallarını ünvanlayıb.

Gənclərlə qarşılıqlı söhbət əsasında keçən görüşün sonunda qazimizə və tədbir iştirakçılarına sertifikatlar verilib.