Qış yaxınlaşdıqca koronavirusun birincidən daha böyük ikinci dalğasının olma ehtimalı insanları qorxudur.
Koronavorusla qışın proqnozlaşdırılması olduqca mürəkkəbdir. Bəzi qeyri-müəyyənliklər üstünlük təşkil etsə də, həm narahat, həm də rahat olmağa müəyyən səbəblər var.

Qışın nə qədər pis keçməsi təkcə koronavirusdan deyil, qışda baş qaldıran digər viruslardan, öz davranışlarımızdan və hökumət siyasətimizdən də asılı olacaq. Bir virusun yaratdığı infeksiyanın digərinin qarşısını aldığı barədə yeni elmi məlumatlar da var. Lakin bunun koronavirus baxımından necə işləyəcəyi dəqiq bilinmir.

Koronavirus qışda daha çox yayılacaqmı?

Dünyada koronavirus səbəbindən ölənlərin sayı 371 min nəfəri ötüb ...

Bu sual hələ də cavabsız qalsa da, digər viruslar haqqında elmi tədqiqatlar “bəli” deməyə imkan verir.
Covid-19-dan başqa bildiyimiz ümumi qrip simptomlarına səbəb olan dörd başqa koronavirus növü var. Bunlar qışda daha asan yayılır. Bundan əlavə qışda tənəffüs yollarına təsir edən qrip, rinovirus və RSV virusu geniş yayılır.
London Gigiyena və Tropik Xəstəliklər Məktəbinin mütəxəssisi Rachel Loue bildirib ki, qışda zirvəyə çıxan digər viruslara baxsaq, mövsümi təsirlər şübhə altına düşə bilər. Lakin bunun hava şəraiti və ya insanın davranışı ilə əlaqəli olub olmadığı dəqiq bilinmir.
Hava soyuq olduqda bütün viruslar insan bədənindən kənarda daha uzun müddət yaşaya bilər. İngiltərə hökumətinin elmi tövsiyə qrupu (Sage) bildirir ki, koronavirus üçün ən əlverişli
temperatur 4 dərəcədir. Bundan əlavə, virusun fəaliyyətini azaltdığı düşünülən ultrabənövşəyi günəş şüaları da qışda daha az olur.
Qışda daha çox qapalıyıq. Pəncərələr bağlandığından havalandırma da azdır. Bütün bu amillər koronavirusun geniş yayılmasına səbəb ola bilər.
İngiltərə Tibb Elmləri Akademiyasının hesabatına görə, pessimist bir qiymətləndirmə ilə ölkədə bu qış 250 mindən çox ölüm ola bilər.
Virus daşıyan bir şəxsin neçə insanı yoluxdurduğunu göstərən “R əmsalı”nın təsirli olduğu ifadə edilir. Hal-hazırda 1.0 səviyyəsindən aşağı olan R-in qışda 1.7 səviyyəsinə yüksələcəyi gözlənilir. Qeyd edək ki, R sayı məhdudiyyətlərdən əvvəl 3.0 ətrafında idi.
London İmperator Kollecinin professoru Wendy Barclay bildirib ki, ikinci dalğa olma ehtimalı yüksəkdir: “İnsanlar haqlı olaraq narahatdırlar. İkinci bir dalğa olma ehtimalı var. Kütlə immuniteti səviyyəsinə çatmadığımız aydındır və ikinci dalğa üçün qış əlverişli vaxtdır. İndi böyük bir qeyri-meəyyənlik içindəyik və proses pisə doğru inkişaf edə bilər”. Məlumdur ki, Böyük Britaniya əhalisinin 5 faizi bugünə qədər koronavirus xəstəliyinə tutulub, yəni 95 faizinin virusa qarşı immuniteti yoxdur. ABŞ nümunəsində, virusun nəzarətdən çıxdığı zaman yoluxma hallarının sayının necə artdığını görürük.

Digər virusların yayılması necə olacaq?

Dünyada koronavirus qurbanlarının sayı 414 mini keçib - Xәbәr ...

Qışda qrip infeksiyasının yayılması, həmçinin koronavirusun ikinci dalğası ilə bağlı narahatlıqlar var. Koronavirusun yayılmasına qarşı görülən tədbirlər (tez-tez əl yuma, maska, sosial məsafə, evdən işləmə və s.) digər virusların da yayılmasına təsir edəcək. Məsələn, Honkonqda pandemiya zamanı tətbiq olunan məhdudiyyətlər səbəbindən qrip epidemiyasının da azaldığı müşahidə olunur. Avstraliyada qrip epidemiyasının demək olar ki, olmadığı və ya normaldan daha gec başlayacağı proqnoz edilir.
Çili və Cənubi Afrika kimi digər cənub yarımkürəsi ölkələrində də qrip və digər qış virusları baxımından oxşar mənzərə var.
Ancaq eyni şeyin şimal yarımkürəsində olacağını gözləmək təhlükəlidir. Qrip mövsümündə tətbiq olunan məhdudiyyətlər (məktəblərin bağlanması və uçuşların məhdudlaşdırılması) qrip epidemiyasında təsirli ola bilər.

Professor Barclay qeyd edib ki, sosial məsafə qrip hallarını azaltmış olsa da, buna güvənə bilmərik. Koronavirus simptomlarına bənzər qızdırma və öskürəyə səbəb olan qış virusları yüksək səviyyədə olarsa, bir çox insanın testdən keçməsi lazımdır. Liverpool Universitetinin professoru Julian Hiscox bildorib ki, ikinci dalğa üçün hazır olmalıyıq: “Sosial məsafə və əl gigiyenasına əməl etməliyik, əks halda ikinci dalğa qçılmazdır. Hazırlaşmalı olduğumuz bir məsələ də simptomların oxşar olduğu üç və ya dörd tənəffüs yolu infeksiyası arasında diaqnozu asanlaşdıracaq testlər hazırlamaqdır. Bu vəziyyətdə xəstənin Covid və ya qrip olub-olmadığını dərhal təsbit etmək olar”.

Viruslar qarışdıqda nə baş verir?

modern.az

Elmi dairələrdə ən çox maraq doğuran mövzulardan biri koronavirusun qışda digər viruslarla qarşılıqlı əlaqəsi məsələsidir. Tənəffüs yollarına təsir edən viruslar bədənin eyni bölgələrini: burun, boğaz və ağciyər hüceyrələrini yoluxdurmaq üçün proqramlaşdırılır. Bu, viruslar arasında rəqabətə səbəb ola bilər.
Tədqiqatlar göstərir ki, bir viral infeksiya digərini əlil edir. Məsələn, 2009-cu ildə yayılan bir rinovirusun Avropada donuz qripini gecikdirdiyi düşünülür. Çünki immunitet sisteminin bir infeksiyaya qarşı yaratdığı reaksiya digərinin qarşısını ala bilər.
Qlazqo Universitetinin mütəxəssisi Dr. Pablo Murcia bunu belə izah edir: “Virus bir insanı yoluxdurduqda təbii immunitet sistemi reaksiya verir və iltihaba səbəb olur. İlk reaksiya bir müddət bəzi viruslardan qorunmağa qadirdir”.
Ancaq eyni araşdırmanın nəticələri göstərir ki, bəzi viruslar birlikdə yayıla bilər.

Bəyim İsmayılova