ABŞ peyvənd istehsalçısı “Moderna”nın icraçı direktoru Stephane Bancel dünya iqtisadiyyatını durğun vəziyyətə gətirən və xəstəxanaları çətin vəziyyətdə qoyan koronavirusun əbədi olacağını deyib.
JP Morgan Sağlamlıq Konfransında danışan Bancel bu virusla sonsuza qədər yaşayacağımızı düşündüyünü ifadə edib: “SARS-CoV-2 getmir, endemik hala gələ bilər, ancaq əbədi var olacaq”.
Bundan əvvəl də mütəxəssislər Covid-19-un endemik bir xəstəlik halına gəlmə ehtimalının yüksək olduğunu, yəni indikindən daha aşağı səviyyədə olsa da, hər zaman mövcud ola biləcəyini söyləyiblər.
Stephane Bancel hazırladıqları vaksinin koronavirusa qarşı bir neçə il qoruya biləcəyini də açıqlayıb.