Mozaika eyni, yaxud müxtəlif materiallardan düzəldilən təsvir və ya naxışdır. Mozaika muzalara – ilham pərilərinə həsr olunan əsərlərdir. Monumental – dekorativ sənətin əsas növlərindən olan mozaikadan dekorativ tətbiqi sənətdə, bəzi hallarda isə dəzgah incəsənətində istifadə edilir. Bu sənətinin tarixi qədim dövrlərə söykənir. Qədim şərq ölkələrində belə nümunələri rast gəlmək mümkündür. Orta əsrlərdən Bizans, İtaliya, Rusiya və Gürcüstanda kilsə mozaikaları geniş yayılıb. İstanbulda Aya Sofya məscidində (2020 –ci ilədək muzey olub), Kiyevdə Sofiya kilsəsində , XVI əsrdə isə Qərbi Avropada daş lövhələrdən düzəldilən dekorativ mozaikalar tapılıb. Bu sənət o qədər inkişaf etmişdi ki , artıq varlı təbəqənin nümayəndələri özlərinə mozaik ustası və köməkçiləri işə götürürdü.
Mozaika şablon şəkildə kəsilmiş sadə və mürəkkəb həndəsi formalı xırda material qırıqlarından yığılır və əhəng , sement , mastika yaxud mumu təbəqəsinə yaxılır. Mozaika sənəti təsadüfən düzülən daşların şəklini xatırlatmasına baxmayaraq əslində bu iş xüsusi bir texnikaya uyğun şəkildə hazırlanır. Öncəliklə, mozaikanın tətbiq ediləcəyi hissə seçilir və işə başlanılır. Bu hissədə qatran və gips qarışdırılır . Bu da mozaikanın quruluşunun zamanla divardan ayrılmasının qarşısını alır. Əsas materiallar təbii daşlar və şüşədir. Mozaika istehsalında keramika materiallarına üstünlük verilsə də ,insan üzü düzəldilməsində mərmərdən istifadə olunur. Material divar , tağ səthinə çəkilmiş üzlüyə bərkidilir, tavana vurulur, binaların dekorasiyasında və s. istifadə olunur.
Sizlərə dünyanın məşhur mozaika sənət nümunələrini təqdim edirik:
Türkiyənin Qaziantep şəhərində yerləşən “Zeuqma Mozaika Muzeyi” özündə 2000- dən çox olan muzaik nümunələr saxlayır. Dünyada məşhur olan “Qaraçı qız” mozaika nümunəsi də bu muzeydə saxlanılır.
Orta əsrlərdə Azərbaycanda tikililərdə mozaik təsvirlərdən istifadə olunub. Hətta , Şəki Xan Sarayında da mozaik təsvirlərdən istifadə edilib . Azərbaycanda mozaika sənəti Böyük Vətən müharibəsi illərində daha geniş yayılmışdır. Bakı metropoliteninin “ Neftçilər ” (müəllifləri A. Ağamalov , M.Qafarov) , “Nizami ” (müəllifi M. Abdullayev) stansiyalarındakı işlər mozaika sənətinin ən gözəl nümunəsidir
“Nizami” metrostansiyasıda mozaik nümunələri
“Leyli və Məcnun” kompazisiyası
Mozaika sənəti diqqətli və səbrli olmağı tələb edən sənət növüdür. Daşların ustalıqla düzülməsi peşəkarlıq tələb edir. Bütün çətinliklərə baxmayaraq mozaikadan istifadəyə çox böyük önəm verilir.
Gülər Seymurqızı